Icma.az
close
up
RU
“Azərbaycan Ermənistanı sülhə məcbur etmək siyasətini davam etdirir” Hələ gözləmək lazımdır...”

“Azərbaycan Ermənistanı sülhə məcbur etmək siyasətini davam etdirir” Hələ gözləmək lazımdır...”

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, rəsmi Bakı postmünaqişə dövründə Ermənistanla münasibətlərdə əsas məqsəd kimi təhlükəsizliyin təmin edilməsini və sülhə nail olunmasını qarşıya qoyub.

Onun sözlərinə görə, Azərbaycanın əsas tələbi Ermənistandan hərbi təhdidlərin və ərazi iddialarının tam şəkildə dayandırılmasıdır.

“Biz istəyirik ki, qonşumuz olan Ermənistandan hərbi təcavüz və torpaqlarımıza anneksiya cəhdləri ilə bağlı heç bir təhlükə gəlməsin. Eyni zamanda, Ermənistan cəmiyyətinin Azərbaycana qarşı düşmənçilik ideologiyası ilə zəhərlənməsinə son qoyulmalıdır”, - deyə, o, bildirib.

Zülfüqarov qeyd edib ki, Bakı bu məqsədə çatmaq üçün “kəmənd və kökə” (yəni, zərurət olduqda gücdən istifadə və paralel olaraq əməkdaşlıq imkanları yaratmaq) siyasətindən istifadə edir: “Azərbaycan bir tərəfdən sülhə məcbur etmə vasitəsi kimi gücə söykənir, digər tərəfdən isə mehriban qonşuluğa əsaslanan siyasi və iqtisadi cazibədarlıq modelini qurur. Sənədlərin imzalanması bu məqsədlərə nail olmaq üçün yalnız vasitədir – özü-özlüyündə sülh və mehriban qonşuluq mühitini təmin etmir”.

Onun fikrincə, Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbi də bu çərçivədə dəyərləndirilməlidir: “Bu tələb ilk növbədə erməni cəmiyyətində geniş ictimai diskussiya yaratmaq məqsədi daşıyır. Məqsəd – cəmiyyətdəki düşmənçilik ideologiyasını dəyişməkdir”.

T.Zülfüqarov əlavə edib ki, əvvəlki dövrlərdə sülhə məcburetmə funksiyasını Azərbaycan Silahlı Qüvvələri icra edirdisə, hazırda bu funksiyanı Qərbi Azərbaycan, Zəngəzur və Göyçə məsələlərinin gündəmdə saxlanılması icra edir.

Sabiq nazirin fikrincə, bu fonda Ermənistanla sərhədlərin 1975-ci il xəritələrinə əsasən tanınması və ya Bakının Ermənistana səfir təyin etməsi kimi məsələlər hələlik gündəmdə deyil: “Bu məsələlərə qayıtmaq üçün əvvəlcə Ermənistanda keçiriləcək referendumun nəticələrini gözləmək lazımdır”.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 Avqust 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri