Icma.az
close
up
RU
Lavrov Simonyan təması: Aİ Aİİ dilemması, yoxsa TRIPP?

Lavrov Simonyan təması: Aİ Aİİ dilemması, yoxsa TRIPP?

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Yaxud Ermənistan parlamenti sədrinin Moskva səfəri ilə bağlı qeydlər

Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüş səbəbi maraqlıdır. Görəsən, birinciyə ikincinin tənələrini eşitmək çoxmu vacib idi? Tənələrdən söz düşmüşkən, onları bir neçə gün əvvəl Rusiya baş nazirinin müavini Aleksey Overçuk da səsləndirdi. Çox güman, Overçuk istəyib ki, Simonyanın Moskva səfəri öncəsi erməni spikerin gündəliyini heçə endirsin. İstər-istəməz sual yaranır: Rəsmi İrəvanın gündəliyi, daha doğrusu, istəyi nədən ibarətdir? Simonyanın Lavrovla görüşü xüsusunda mediaya açıqlanan məlumatlardan gəlinən qənaət belədir:

Ermənistan Rusiyanı inandırmağa çalışır ki, Qərbin meydançası sayılan Avropa İttifaqında təmsilçiliyin Kremlin hakim rol oynadığı Avrasiya İqtisadi İttifaqındakı üzvlüyə heç bir təsiri olmayacaq. Görəsən, məsələ yalnız budurmu? Ümumən, Qərbyönümlü siyasi xətt yürüdən Ermənistanın bəzən, xüsusən də son zamanlar “nə şiş yansın, nə kabab” prinsipi ilə davrandığını görmək mümkündür. Baş nazir Nikol Paşinyan administrasiyası Bakının Moskva ilə təmaslarındakı soyuqluğu gördüyündən, Ermənistanı Kreml üçün daha yaxşı variant qismində təklif etməyə çalışır. Təxminən belə: Azərbaycan yoxdur, biz varıq. Ermənistan rəhbərliyi hesab edir ki, belə yanaşma Rusiyanın yumşalmasına səbəb olacaq. Amma istər Overçukun, istərsə də Lavrovun fikirləri göstərir ki, Moskva prinsipial xəttindən geri dönmür. Lavrov bu xəttin ayrı-ayrı məqamlarını Simonyanın diqqətinə çatdırdı. Bu barədə söz açacağıq. Ancaq əvvəlcə Ermənistanın Aİ-yə üzvlüyü xüsusunda bir məqamı vurğulayaq.

***

Ermənistan üçün Aİ platformasında təmsilçilik, əslində, uzaq perspektivin işidir. Özü də söhbət qeyri-müəyyən işdən gedir. Hesab edirik ki, rəsmi İrəvan da durumun fərqindədir. Ancaq ona Aİ-yə üzvlük məsələsini daim gündəmdə saxlamaq lazımdır. Nəzərə alaq ki, hazırda məhz bu məsələ Ermənistanın Qərbyönümlü xəttinin təsdiqi qismində çıxış edir. Yəni, Paşinyan administrasiyası Aİ-yə can atan ölkə görüntüsü ilə dünyaya açılım prioritetinin vacibliyini vurğulayır. Amma... Deməli, ötən il avqustun 8-də Azərbaycan və Ermənistan arasında ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamədən sonra rəsmi İrəvan Aİ-yə üzvlük ritorikasını nisbətən yumşaltdı. Bir halda ki, ABŞ var, Aİ-yə nə ehtiyac? Başqa sözlə desək, Birgə Bəyannamənin mühüm seqmenti olan “Tramp marşrutu”, yəni TRIPP işə düşəcəksə, Ermənistanın Aİ-də təmsilçiliyinə ehtiyac qalmayacaq. Onsuz da quruma qoşulmağın faydaları xeyli dərəcədə mücərrəddir. TRIPP daha realdır və Ermənistan özünə lazım olandan da artıq mənfəəti məhz bu müstəvidə əldə edəcək. Aİ-yə qoşulmaq məsələsinin gündəmdə saxlanılmasının isə daha çox siyasi əhəmiyyəti var. Hər halda, Rusiyada da durumun fərqindədirlər. Amma Moskvanın İrəvana xatırlatmalı olduğu məqamlar var və Lavrov Simonyanı qəbul edərkən məhz bunu etdi.

***

Söhbət TRIPP-dən və onun faydalarından düşmüşkən, digər məqama da diqqət yetirək. Rusiya TRIPP-ə qarşı çıxır, lakin mövqeyini dolğun şəkildə əsaslandıra bilmir. Ölkə rəsmiləri bu barədə söz düşəndə, Ermənistandakı rus hərbi kontingenti üzərində dayanırlar. Axı rus hərbçiləri TRIPP-in arealına daxil olan ərazidədirlər. Rusiya həmin kontingentin iş prinsipini rəhbər tutub qlobal layihəyə qarşı çıxmaq imkanına malik olmasa da, Moskvanın mövcud istiqamətdə, loru dildə desək, ilişmək yeri tapma ehtimalı yüksəkdir. Azərbaycan üçün Kremlin TRIPP-ə qarşı hansı addım atacağının heç bir önəmi yoxdur. Çünki ölkəmiz qlobal marşrutla bağlı öhdəliyini yerinə yetirməkdə çətinlik çəkmir. Nəzərə alsaq ki, TRIPP-in məğzini Naxçıvana Ermənistan ərazisindən maneəsiz yol təşkil edir və həmin ərazidə rus sərhədçiləri var, deməli, düşünməli olan rəsmi İrəvandır. Görünür, A.Simonyan, eyni zamanda, buna görə Moskvaya yollanmışdı.

***

Əlqərəz, Lavrov Simonyanla söhbətə başlayar-başlamaz dedi ki, Aİİ-yə üzvlük Aİ-yə qoşulmaqla uyğun gələ bilməz, lakin Rusiya Ermənistanın seçiminə hörmət edəcək: “Ermənistan üçün nəyin daha vacib və daha sərfəli olduğu - Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiya proseslərinin davam etdirilməsi, yoxsa Avropa İttifaqının norma və standartlarına keçid barədə müzakirələr aparılır. Biz bu müzakirələri izləyirik, lakin siz bizim mövqeyimizi də bilirsiniz. Bu mövqe hansısa ideoloji motivlərlə bağlı deyil, reallıqlardan irəli gəlir. Avrasiya İqtisadi İttifaqına üzvlük Avropa İttifaqı ilə əməkdaşlıqda iştirakın və xüsusən də ona qoşulmanın əsasını təşkil edən prinsiplərlə uyğun deyil. Bu, sizin seçiminizdir və biz ona tam şəkildə hörmət edəcəyik”. Amma Lavrov Simonyana təkcə ölkəsinin mövqeyini açıqlamadı, habelə müqayisə apardı. O, Ermənistanın Aİİ-nin tamhüquqlu üzvü olduğu son 10 ildəki nəticələrini sadaladı və İrəvanın bunu nəzərə alacağına ümid etdiyini bildirdi. Nəticələr isə belədir ki, Ermənistanda 2015-ci ildə ÜDM həcmi 10,5 milyard dollar idi, hazırda bu rəqəm 26 milyard dollardır və 2,5 dəfə artım var. Amma dövrün xüsusiyyəti də nəzərə alınmalıdır ki, Lavrov bu barədə danışmır. Axı 2015-ci ilin 10,5 milyard dolları, indinin 26 milyard dollarından bir o qədər geri qalmırdı. A.Simonyanın mövcud məqamı Rusiya XİN başçısının diqqətinə çatdırıb-çatdırmadığı məlum deyil. Erməni spiker onu deyib ki, Ermənistanın Aİİ-dən çıxmaq niyyəti yoxdur. “Aİİ və Gömrük İttifaqına gəldikdə isə, biz hesab etmirik ki, oradan çıxmalıyıq. Düşünürük ki, hər iki tərəf üçün faydalı olacaq birgə həll yolu tapa bilərik”, - deyən Simonyanın üzərində dayandığı başlıca məqam budur: “İstəmirəm ki, burada - Rusiyada - Ermənistanın, guya, Rusiyaya qarşı nəsə etməyə çalışdığı barədə anlayış formalaşsın. Rusiyaya - bizim üçün dost və müttəfiq olan dövlətə qarşı heç nə etməyəcəyik. Sizi əmin etmək istəyirəm ki, bizdə belə bir yanaşma yoxdur və olmayacaq. Bu, indiyədək əldə etdiklərimizə və mövcud olan münasibətlərə uyğun deyil”.

***

Sonda qeyd edək ki, başlıca məqam Simonyanın ölkəsinin Rusiyaya qarşı çıxmayacağını vurğulamasıdır. Onun bu fikri təsdiqləyir ki, Paşinyan administrasiyasının məqsədi təkcə Ermənistanın Aİ-yə qoşulmaq niyyətinə Moskvanın sərt reaksiyasının qarşısını kəsmək deyil. Məqsəd, əvvəldə vurğuladığımız kimi, TRIPP-dir. Rusiyanın TRIPP-lə bağlı mövqeyini diqqətə çatdırdıq və bildirdik ki, Moskvanın qlobal layihənin əleyhinə çıxmaq üçün tutarlı arqumenti olmasa da, onun ilişmək üçün nədənsə yapışması mümkündür. Bu isə Ermənistanın üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsinə səbəb ola bilər. Tam əminliklə demək olar ki, erməni hakim komandası Rusiya ilə münasibətlərdəki sərinliyi Aİİ-Aİ dilemmasına görə yox, məhz TRIPP səbəbindən aradan qaldırmağa çalışır. Moskva isə prinsipial və daha aydın olan motivi qabardır. Yəni, Ermənistanın Aİİ-də qala-qala Aİ-yə üzvlüyünün mümkünsüzlüyünü. Kremlin bu dəst-xətti rəsmi İrəvanın əsl mövzuya – TRIPP-ə keçid almasını əngəlləyir, Paşinyan administrasiyasının Rusiyanı yumşaltmaq cəhdinin qarşısını kəsir. Lavrovun, ondan əvvəl Overçukun fikirlərinə nəzərən belə nəticəyə gəlmək mümkündür ki, Simonyanın Moskva səfəri hansısa nəticə vermədi. Deməli, Ermənistan “B” planını işə salmalıdır. Yəni, qlobal layihəyə maneə törətmək ehtimalı olan elementlərin uzaqlaşdırılması ssenarisini. Başqa yol yoxdur. Çünki TRIPP gözləmir, gözlədənləri də sevmir.

Ə.CAHANGİROĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Fevral 2026 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri