Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Aİ Aİİ dilemması və Ermənistan

Aİ Aİİ dilemması və Ermənistan

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Nikol Paşinyanın fikri Rusiyanı hərəkətə gətirib, amma...

Baş nazir Nikol Paşinyanın son açıqlaması yenə aləmi bir-birinə qatıb. Söhbət Nikolun ölkəsinin Avropa İttifaqına qoşulması üçün referenduma ehtiyacın duyulmadığına dair dediklərindən gedir. Bu fikrə həm Ermənistan daxilindəki rusbaşlı müxalif kəsimdən, həm də Kremldən reaksiyalar var. Reaksiyaların bəzilərində Aİ-nin ölkə üçün səmərəsizliyi, əksinə, Moskvanın hakim rol oynadığı Avrasiya İqtisadi İttifaqına üzvlüyün davamının faydaları anladılır. Ümumi mənzərə budur ki, Rusiya və ona yaxın cinah Aİ–Aİİ dilemmasını Ermənistanın ictimai rəyinə yeritmək iddiasındadır. N.Paşinyan durumun fərqindədir və ona görə Şimalda düşünülmüş ssenarinin məntiqi sonluğa, yəni referenduma gedib çıxmasını istəmir. Ona görə ki, hay hakim komandası məsələnin erməni cəmiyyətinə təsir baxımından şişirdildiyini hiss edir və vəziyyəti təhlükə qismində görür.

Nəzərə alaq ki, Paşinyan və komandası bu il iyunun 7-də keçirilən seçkilərdə qalib gəlsə də, müxalif cinah parlamentdə müəyyən mandat yeri əldə edə bildi. Deməli, həmin cinahın tezislərinin xalqa təsir yükü qalmaqdadır. Belə bir durumda referendum risklidir. Onu da nəzərə alaq ki, prosesdə hakim düşərgə uğur qazanmasa, başqa sözlə desək, erməni elektoratı Aİİ-ni üstün tutsa, Paşinyanın nüfuzu sarsıla bilər. Ermənistanda Aİ–Aİİ dilemması ilə referendumun keçirilməsi Rusiya üçün əvvəlki məğlubiyyətlərin konpensasiyasıdır. Digər tərəfdən, ümumxalq səsverməsi Kremlin Ermənistan cəbhəsindəki son gülləsidir. Axı məğlubiyyətlərlə barışmayan Moskva hələ də sadə hayların, belə demək mümkünsə, Rusiya sevgisinin olduğu qənaətindədir və ümid bəsləyir ki, bu “sevgi” özünü göstərəcək.

Əlbəttə, hazırkı durumda Rusiya, bir növ, boğulmamaq üçün saman çöpündən yapışır. Nə ölkənin hakim dairələri, nə də ictimai rəyi erməni cəmiyyətinin bipolyar olmadığı reallığı ilə barışır. Halbuki hay elektoratının qütbləşməsinin özü də Rusiya üçün böyük yenilgidir. Axı 30 ilə yaxın müddətdə belə bir hal yaşanmamışdı. Hətta Kreml o qədər arxayın olmuşdu ki, 2018-ci ildə Qərbyönümlü Paşinyanın hakimiyyətə gəlməsini əngəlləyəcək hansısa ideoloji iş aparmamış, nəticədə məğlubiyyətlə üzləşmişdi.

Bu yerdə kiçik bir haşiyə çıxaraq, Ermənistanın yerinə Azərbaycanı qoyaq. Moskva hazırda İrəvanın qarşısına çıxardığı dilemma oyununu ölkəmizlə bağlı gündəmə gətirə bilərdimi? Əsla yox! Məsələ heç də onda deyil ki, Azərbaycanın ictimai rəyində anti-Rusiya ab-havası güclüdür. Başlıca məqam ölkəmizin xarici siyasət kursunun müstəqillik təbiətinin xalqa yaxşı məlum olmasıdır. Mövcud şəraitdə Kremldən səslənən hansısa tələbin kəskin qıcıq və əks reaksiya doğurması mütləqdir. O qıcıq və reaksiya ki, özündə vahid dirəniş əzmini daşıyır. Ermənistan cəmiyyətində isə belə bir əzm yoxdur. Nəticədə Paşinyan hakimiyyəti, bir növ, nala-mıxa vurur. Bəli, Ermənistanda dövlətçilik təfəkkürü zəif olduğundan, Rusiyanın və onun ölkədəki tərəfdarlarının baxışları cəmiyyətdə ab-hava dəyişə bilmək potensialını qoruyur. Mövcud durumda Paşinyanın prinsipial düşüncə tərzi kənardan qeyri-ciddilik kimi görünür. Halbuki, belə olmamalıdır. Məsələn, Nikol deyir ki, Ermənistanda iyun ayında keçirilmiş seçkilərin nəticələri ölkə əhalisinin Avropayönlü kursa, Avropa norma və qaydalarının tətbiq edilməsinə ümummilli dəstəyinin göstəricisidir və deməli, yenidən referenduma ehtiyac yoxdur. Əslində, Paşinyan məntiqi məqama toxunur və bu yerdə sual yaranır: Məgər Ermənistan Aİİ-yə üzv olanda bunu referendumun qərarı ilə etmişdi? Xeyr! Qərarı həmin vaxtkı hay iqtidarı vermişdi. Deyilə bilər ki, hazırda erməni cəmiyyətində haqqında söz açdığımız dilemma var, o zaman yox idi. Hesab edirik ki, bu, heç nəyi dəyişmir. Nəhayət, söhbət bir təşkilata üzvlükdən gedir. Üzvlük nə üçün taleyüklü olay kimi qiymətləndirilməlidir? Axı Aİ və Aİİ arasında fərqlər hər nə qədər böyük olsa da, həmin fərqlər nəticəsində yaranacaq durum bir xalq üçün həyati əhəmiyyət daşımır və daşımamalıdır. Amma...

“Əmması” budur ki, Rusiya hazırda Ermənistanı, sözün əsl mənasında, iqtisadi məngənəyə salıb. Halbuki, Kremlin yanaşması sivil deyil, qədim və orta əsrlər dövrünün cəngəllik təfəkküründən qaynaqlanır. Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin isə Paşinyanın diqqətə çatdırdığımız fikirlərinə reaksiya verməklə, məhz həmin təfəkkürə don geydirməyə çalışır. O deyir ki, Nikolun açıqlamarı ziddiyyətli və dolaşıqdır. Görəsən belə bir hal nə dərəcədə var?

Sualı cavablandırmazdan əvvəl bildirək ki, Qaluzin Ermənistan Konstitusiyasının 205-ci maddəsinə fokuslanıb. Təsəvvür edə bilirsinizmi, bir ölkənin XİN rəsmisi başqa ölkənin əsas qanununa söykənir. Halbuki, indiki durumda həmin qanunun Rusiya üçün prinsipial əhəmiyyəti olmamalıdır. Müvafiq olaraq, Qaluzinin arqumenti də yerində deyil. O deyir ki, 205-ci maddə fövqəldövlət xarakterli beynəlxalq təşkilatlara üzvlüklə bağlı referendumun məhz Ermənistan hökuməti tərəfindən təşəbbüs edilməsini nəzərdə tutur. Məsələnin, Qaluzinin təbirincə desək, fövqəldövlət xarakterinin olub-olmadığına dair qərarı hay iqtidarı verməlidirsə, Paşinyanın timsalında erməni hakim düşərgəsi referendumdan söz açmırsa, deməli, prosesə ehtiyac yoxdur. Yəni Nikolun açıqlaması heç də dolaşıq və ziddiyyətli deyil. Qaluzinin şəxsində Rusiyanın mövqeyi isə Ermənistanın daxili işlərinə qarışmaqdır. Bunun başqa adı yoxdur.

...Qaluzin qeyd edib ki, 2025-ci ildə Ermənistanda “Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında” gələcək qanun layihəsi müzakirə edilərkən, hay iqtidarı konstitusiyanın müddəalarına baxmayaraq, həmin qanunun qəbulunun referendum keçirilməsini tələb etmədiyini bildirirdi. Rəsmi İrəvanın izahına görə, qanun layihəsi heç bir hüquqi əhəmiyyət daşımayan siyasi deklarasiyadır: “İndi isə eşidirik ki, guya Ermənistanda iyun ayında keçirilmiş seçkilərin nəticələri öz-özlüyündə ölkə əhalisinin Avropayönlü kursa, Avropa norma və qaydalarının ölkədə daha da tətbiq edilməsinə ümummilli dəstəyinin göstəricisidir və deməli, yenidən referenduma ehtiyac yoxdur”.

Əlbəttə, Qaluzini bəzi məqamlarda haqlı saymaq mümkündür. Hər halda, yuxarıda erməni iqtidarının nala-mıxa vurmasından təsadüfən söz açmadıq. Rəsmi İrəvan həmişə mövqeyini konkret və birbaşa bildirməkdən çəkinib. Məsələn, Nikol deyirdi ki, Ermənistanı hələ heç kim Avropa İttifaqına dəvət etməyib və ölkə ümumiyyətlə heç vaxt Aİ-yə üzv olmaya bilər. Bu bəyanat, bir növ, mümkün gərginliyi azaltmaq, loru dildə desək, Rusiyanın və onun tərəfdarlarının başının altına yastıq qoymaq kimi bir şey idi. Halbuki prinsipial yanaşmaq və mətləbdən yayınmamaq lazım idi. Bu olmadığı üçün “artıq həqiqətən də çox şey deyilib, lakin bütün bunlar məsələyə heç bir aydınlıq gətirmir”, – deyən Qaluzin “Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderlərinin Ermənistan sakinlərinin, əslində, nə düşündüklərini öyrənməyin zəruri olduğunu bildirdiklərini” xatırladıb. Özü də təkcə xatırlatmayıb, bir detala da toxunub.

Belarus, Qazaxıstan və Qırğızıstan üçün Ermənistanın hara istiqamət götürməsinin heç bir önəmi yoxdur. Aydındır ki, adları çəkilən Aİİ dövlətlərinin tutduqları mövqe Rusiyaya jestdir. Heç olmasa, bir məsələdə Moskvanı dəstəkləmək lazımdır, ya yox? Olsun, erməni məsələsi. Qaluzinin detalına gəlincə, XİN rəsmisinin Ermənistanda referendum xüsusundakı aşağıdakı fikirləri onun vəzifə səlahiyyətlərini aşmasıdır: “Üstəlik, məsələ abstrakt-nəzəri formada – “Aİ-də olmaq istəyirsinizmi?” şəklində qoyulmamalıdır. Söhbət konkret və praktiki sualdan getməlidir: Gələcəkdə Aİ-yə qoşulmaq perspektivi, bu perspektivin özü heç də tam aydın deyil, naminə Aİİ-yə üzvlükdən imtina etməyə hazırsınızmı? Çünki sualın məhz belə qoyuluşu Ermənistan Respublikasının vətəndaşlarına münasibətdə daha ədalətli və dürüst olacaq. Həmçinin Aİİ-nin digər üzvlərinə münasibətdə də”. Güman edirik, əlavə şərhə ehtiyac yoxdur.

Ə.CAHANGİROĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Avqust 2026 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see477

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see291

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see277

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see213

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see212

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see211

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see209

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see204

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see199

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see199

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see199

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see198

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see196

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see195

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see195

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see192

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see192

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see191

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see191

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri