Lavrov Yaponiyanın reaksiyası barədə “Öz işinizlə məşğul olun”
Icma.az bildirir, 525.az portalına istinadən.
“Prezident Vladimir Putinin Kuril adalarına səfərinə görə Rusiyaya hücum etmək əvəzinə, Yaponiyanın daxili işlərinə diqqət yetirməsi daha yaxşı olardı”.
525.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Lakin əgər yaponlar bu cür hücumlarla, bizi beynəlxalq hüququ pozmaqda ittiham etməklə diqqəti öz militarist xətlərindən yayındırmaq istəyirlərsə, mən onlara öz işləri ilə məşğul olmağı məsləhət görərdim”, - XİN başçısı bildirib.
O həmçinin deyib ki, Yaponiyanın Rusiyadakı səfiri XİN-ə çağırılıb, amma hələ konkret cavab verilməyib. Səfirin Moskvada olmadığını və ya özünü yaxşı hiss etmədiyini söyləyirlər.
“İstənilən halda, səfiri çağırmışıq və o, Xarici İşlər Nazirliyinə gəlməlidir. Biz prezident Putinin İturup adasına səfəri ilə bağlı Yaponiya rəhbərliyinin münasibətini və səfirin ev sahibi ölkədə özünü necə aparmalı olduğunu müzakirə edəcəyik”, - Lavrov vurğulayıb.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 17 Avqust 2026 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















