Lavrovun Ermənistan gündəliyi Detallar açıqlandı
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
“Moskva, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfərinin iki ölkə arasında siyasi və idarələrarası dialoqun möhkəmlənməsinə töhfə verəcəyini gözləyir”.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur.
Bəyanatda bildirilir ki, mayın 20 və 21-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvana işgüzar səfər edəcək . Onun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, həmçinin baş nazir Nikol Paşinyan və Prezident Vaaqn Xaçaturyan ilə danışıqlar aparması planlanıb.
XİN-in məlumatına görə, gündəliyə ikitərəfli əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi, Avrasiya inteqrasiya birlikləri xətti üzrə qarşılıqlı fəaliyyət, beynəlxalq platformalarda, ilk növbədə, BMT-də mövqelərin əlaqələndirilməsi daxildir .
“XİN başçıları regional təhlükəsizlik məsələləri, o cümlədən Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə normallaşma proseslərinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparacaqlar”, – məlumatda deyilir.
Lavrovun səfər zamanı Rusiya-Ermənistan Universitetində müəllimlər, tələbələr və ekspert icması qarşısında çıxış edəcəyi, həmçinin “Rus Evi”ndə görüş keçirəcəyi bildirilib. O, İrəvanda 9 May – faşizm üzərində qələbənin xatirəsinə həsr olunan abidəyə və “erməni soyqırımı” memorialına gül qoyacaq.
Ayşən Mustafa
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 19 May 2025 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















