Icma.az
close
up
RU
Lavrovun İrəvanda “7 rayon” mesajının sirr Yeni oyun qurulub

Lavrovun İrəvanda “7 rayon” mesajının sirr Yeni oyun qurulub

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Ermənistana səfəri zamanı açıqlamaları Azərbaycan-Rusiya münasibətləri mövzusunu yenidən gündəmə gətirib. Lavrovun “ermənilər Qarabağın 7 rayonunu Rusiya silahları ilə işğal etmişdi” açıqlaması isə ictimaiyyət arasında hiddət doğurub.

Ötən ilin sonlarından Rusiya ilə münasibətlərdə müşahidə edilən soyuqluğun nədən qaynaqlandığı hamıya məlumdur. AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiya tərəfinin hələ də hadisə ilə bağlı əməli istintaq aparmaması, Azərbaycanın bir sıra media resurslarına qarşı Rusiyadan həyata keçirilən kiberhücumlar, Milli Məclisin deputatı Azər Badamovun Rusiyaya girişinə səbəbsiz yerə qadağa qoyularaq deportasiya edilməsi, İmişlidə 9 May Qələbə günü tədbiri zamanı SSRİ bayrağı qaldırılması və “Georgi lenti”nin taxılması təxribatı iki qonşu dövlət arasında etimadı sarsıdıb.

Mövzu ilə bağlı Globalinfo.az Milli Məclisin deputatı Elman Nəsirovdan müsahibə alıb.

Həmin müsahibəni təqdim edirik:

– Elman bəy, Lavrovun Ermənistandakı açıqlamalarını necə şərh edərdiniz? Azərbaycan dövləti siyasi iradə nümayiş etdirərək öz ərazi bütövlüyünü bərpa edib və işğaldan azad olunmuş ərazilərdə sürətli və genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirir. Sizcə, gələcək perspektivdə Rusiya Cənubi Qafqazda təsirini gücləndirmək üçün “ənənəvi” siyasi rıçaqlarından istifadə edə bilərmi və belə olan halda Azərbaycan diplomatiyası buna necə “cavab” verə bilər?

– Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Ermənistana səfəri və erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər həm Ermənistan, həm də Azərbaycan ictimaiyyəti arasında birmənalı qarşılanmayıb. Xüsusilə, Lavrovun Rusiya silahlarından istifadə etməklə keçmiş Dağlıq Qarabağın ətrafında 7 rayonun işğal edilməsi və Ermənistanın işğal edilən 5 rayonu Azərbaycana qaytarmaqla və 2 rayonu – Kəlbəcər və Laçını təhvil verməməklə bağlı fikirləri, eyni zamanda bu ərazilərdə keçilməz sədlər, istehkamlar tikməsi o qənaətə gəlməyə əsas verir ki, Ermənistanın bu torpaqları geri qaytarmaq kimi niyyəti olmamışdır. Bu mövqe təbii ki, siyasi kluarlarda, siyasi dəhlizlərdə çox geniş müzakirəyə səbəb olmuşdur. Sergey Lavrov həmçinin söyləmişdir ki, Ermənistan tərəfi heç vaxt o zamankı Dağlıq Qarabağın bir subyekt kimi tanınması ilə bağlı addım atmamışdır. Bununla da qarşı tərəfin üzərinə məsuliyyət qoyur ki, indi bu üzləşdiyiniz vəziyyət birbaşa öz siyasətinizin məntiqi sonluğudur və yeritdiyiniz kompromissiz siyasət, yəni Azərbaycana heç bir torpaq qaytarmamaq, əksinə işğal etdiyiniz əraziləri əbədi etmək niyyətiniz, hədəfiniz bax, indiki bərbad halınıza səbəb olmuşdur.

Dəyişməz həqiqət odur ki, Ermənistanın indiki rəhbərliyi qərbyönümlü siyasət həyata keçirir. Ancaq Ermənistan bu siyasətin konkret dividentlərini, bəhrəsini görə bilməyib. Bu səbəbdən də indi siyasi manevrlə məşğuldur. Həm Vaşinqtona, Brüsselə baxır, həm də indi gözlərini daha çox Moskvaya dikir. Qərbdən istədiyi yardımı ala bilməyən Paşinyan hakimiyyəti indi Moskvayönümlü siyasətin də ilkin addımlarını atmaqdadır. Ermənistanın xarici işlər naziri öz ölkəsində bəyan etdikdə ki, Avropa İttifaqına daxil olmaq istiqamətində heç bir addım atmır, bununla bağlı konkret heç bir iş görməyib və belə bir niyyət yoxdur kimi fikirlər də eyni məntiqdən qaynaqlanır. Yəni bununla həm Avropa İttifaqına mesaj göndərir ki, sizin bizi dəstək siyasətinizdən məmnun deyilik və lazımi səviyyədə bizə o dəstəyi vermirsiz. Həm də görünür, rəsmi İrəvanın bu mövqeyini şərtləndirən əsas səbəblərdən biri odur ki, Rusiya-Ukrayna müharibəsi və Ukraynanın tutduğu mövqe Rusiyanı xeyli məyus edir. Bəli, Ukraynanı Avropa müdafiə edir, amma bu elə səviyyədə deyil ki, o bu müharibədə qalib statuslu olsun, mövqeləri güclənsin və öz strateji hədəflərinə çatsın. Yəni dəstəyin səviyyəsi məhduddur. Ermənistan rəhbərliyi də fikirləşir ki, əgər Ukrayna Qərbə bu qədər yaxın ola-ola bu səviyyədə dəstək alıbsa, eyni yolu Ermənistan seçməklə hansı səviyyədə dəstək alacaq? Nəzərə alsaq ki, USAİD-in Tramp administrasiyası tərəfindən cinayətkar təşkilat hesab edilməsi və ondan gələn yardımların kəsilməsi nəticəsində Ermənistan siyasi hakimiyyəti çox ciddi problemlərlə üz-üzə qalıb. Bu baxımdan istisna deyil ki, Ermənistan rəhbərliyinin bundan sonra Moskvaya xitabən bəyanatları daha çox səslənsin və münasibətlərdə müsbət ovqatın formalaşması üçün müəyyən jestlər etsinlər.

– Azərbaycan-Rusiya münasibətlərində gizli soyuqluq müşahidə olunur. Baş verənləri necə izah edərdiniz və Rusiyanın Azərbaycana qarşı son dövrlər sərgilədiyi qeyri-müəyyən yanaşmanın əsasında nə durur?

– Azərbaycan-Rusiya münasibətləri 2002-ci ilin fevralında imzalanmış məlum sənədə əsasən ən yüksək səviyyəyə qaldırılıb. Bununla yanaşı, anlaşılmaz və kifayət qədər suallar doğuran məqamlar da var. Xüsusilə məlum təyyarə qəzası və bu qəzadan sonra heç kimin məsuliyyətə cəlb edilməməsi və cəzasızlıq rejiminin mövcudluğu şübhəsiz ki, Bakı- Moskva münasibətlərinə təsirsiz qalmayıb. Eyni məntiqlə 9 mayda keçirilən hərbi paradda Azərbaycan Prezidentinin iştirak etməməsinin də motivlərini başa düşmək mümkündür. Çünki dost, müttəfiq dövlətin davranışı təmamilə fərqli olmalıdır və bu bizi narahat edən məsələlərdən biridir.

Elman Nəsirov

– Azərbaycan Milli Məclisinin deputatı Azər Badamovun Moskva havalimanında saxlanılaraq deportasiya edilməsi ilə bağlı Rusiya XİN-in yaydığı bəyanat Azərbaycanda birmənalı qarşılanmadı. Elman bəy, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Həştərxana səfər edən Azərbaycan nümayəndə heyətinin tərkibinə siz də daxil idiniz və sonradan orada keçirilən tədbirlərdə iştirak etdiniz. Bu hadisəyə münasibətinizi öyrənmək istərdim.

– Xüsusilə də bu fonda azərbaycanlı deputatın, həm də Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun, yəni dostluq qrupunun üzvü olan bir deputatın deportasiya edilməsi Bakı-Moskva münasibətlərinin ümumi ruhuna və müttəfiqlik münasibətlərimizin mahiyyətinə uyğun gəlməyən bir addımdır. Yeri gəlmişkən, o mənimlə birlikdə Həştərxana uçurdu. Rusiya XİN-in bu məsələ ilə bağlı verdiyi açıqlama da çoxlu suallar doğurur və bitkin və əsaslı cavab hesab edilə bilməz.

Amma istənilən halda, Azərbaycan Rusiya ilə ənənəvi mehriban qonşuluq siyasətinə sadiqdir. Biz istərdik ki, şimal qonşumuzla münasibətlərimiz bir-birinin daxili işlərinə qarışmamaq və üzərinə götürülən öhdəlikləri ləyaqətlə yerinə yetirmək şərtilə həmişə inkişaf etsin və qarşılıqlı faydalı münasibətlər olsun. Biz bu siyasətə sadiqiq və analoji yanaşmanı da Rusiyadan gösləyirik.

Sonda onu da qeyd edim ki, indiki geosiyasi reallıqlar fonunda Ermənistanla Rusiya arasındakı münasibətlərdə əvvəlki dövrə xarakterik olan soyuqluğun aradan götürülməsi və rəsmi İrəvanın Moskva istiqamətində yeni jestlər etməsi istisna deyil. Bu, birbaşa Ermənistanın üzləşdiyi situasiyanın diqtəsi altında baş verə bilər. Amma Ermənistandakı bugünkü hakimiyyətə Moskvanın tam inanacağını düşünmürük, çünki Rusiyanın mövqeləri zəifləyəcəyi təqdirdə Ermənistan hakimiyyəti yenidən Qərb cəmiyyəti istiqamətində ciddi jestlər edə bilər. Ermənistan Rusiyadan uzaqlaşmaq xətti seçib, bu həqiqətdir, amma onu intensiv yox, ehtiyatla, addım-addım həyata keçirmək istəyir. Hələ ki, bu siyasətindən imtina etməyib, görünənlər isə sadəcə görüntülərdir.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 May 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyan ermənilərə: Artıq bundan əl çəkin

25 Avqust 2025 18:29see325

Qarabağ la matçda adi vəziyyətdən qol buraxdıq Robbi Kin

26 Avqust 2025 21:16see223

Rusiya yanacaq ixracına qoyulan qadağanın müddətini uzadıb

26 Avqust 2025 02:36see221

ABŞ dən generala zəng: Zelenskinin yerinə keçməsini istədilər, o isə imtina etdi

25 Avqust 2025 15:26see171

Rusiya MN in keçmiş rəisinin əmlakına həbs qoyuldu

25 Avqust 2025 17:08see149

Sevil Nuriyeva qətlə yetirilən həyat yoldaşından yazdı: Bu dünyadan ağzı oruclu köçdü FOTO

26 Avqust 2025 04:44see137

Ərdoğan: Türkiyə terror probleminin aradan qaldırılması yolunda qətiyyətli addımlar atmağa davam edəcək

26 Avqust 2025 00:14see134

Mançester Yunayted in futbolçusu La Liqaya qayıda bilər

25 Avqust 2025 20:22see133

“Qarabağ” yeni hücumçu aldı FOTO

25 Avqust 2025 22:12see132

Bikinili fotoları ilə gündəm oldu FOTO

26 Avqust 2025 14:58see131

Dünyanın ən böyük narkokartelinin həmtəsisçisi günahını etiraf etdi

26 Avqust 2025 16:02see130

Azərbaycan Macarıstanla süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib

26 Avqust 2025 17:40see128

ABŞ İranın bu həmləsinin qarşısını aldı Tramp

25 Avqust 2025 21:46see127

Ukraynanın xüsusi əməliyyatlarına bu şəxs RƏHBƏRLİK EDƏCƏK

25 Avqust 2025 14:23see123

“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”

26 Avqust 2025 16:01see122

“Bütün təzyiq variantları uğursuzluğa məhkumdur”

26 Avqust 2025 17:43see121

Dünya Bankı yenidənqurma üçün Livana 250 milyon dollar kredit ayırır

27 Avqust 2025 00:25see121

Tramp: Rusiya Ukrayna məsələsinin asan olacağını düşünürdüm

25 Avqust 2025 21:16see121

Çin avtomobilləri hansı yanacaqla sürülməlidir? Yaranan problemlərin səbəbləri

27 Avqust 2025 00:13see120

Bu il məktəblər sentyabrın 20 i başlayacaq? DƏYİŞİKLİK GÖZLƏNİLİR

25 Avqust 2025 20:40see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri