Icma.az
close
up
RU
İrəvanda ikibaşlı OYUN

İrəvanda ikibaşlı OYUN

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan və Türkiyə ilə münasibətlərdən danışıb. 

Onun sözlərinə görə, Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədin açılması Ermənistan üçün həqiqətən vacibdir:

“Eynilə Azərbaycanla əldə edilmiş sülhün daha da institutlaşması önəmlidir. Ermənistan hər iki istiqamətdə səmimi səylər göstərir”. Maraqlıdır ki, erməni rəsmiləri belə pozitiv mesajlar versələr də, Ermənistana səfər edən rəsmi şəxsləri İrəvandakı qondarma erməni soyqırımı abidəsini ziyarətə aparırlar. 

Bir müddət əvvəl Ermənistanın sərhəd ştamplarından Ağrı dağının təsviri çıxarılsa da, “soyqırım” abidəsi ziyarət protokollarında qalmağa davam edir. Bu isə rəsmi İrəvanın ikiüzlü siyasətini göstərir. Bir tərəfdən, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan, sülhdən danışırlar, digər tərəfdən ölkəyə gələn rəsmi şəxsləri qondarma erməni “soyqırımı” abidəsini ziyarət etməyə aparırlar. Hansı ki, Ermənistanın Baş naziri Nikol Paşinyan belə 1915-ci ildə ermənilərə “soyqırım” olunduğu iddiasına şübhə ilə yanaşdığını söyləyir...

 Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlama verən politoloq Elşən Manafov bildirib ki, hazırda Ermənistan rəsmilərinin Azərbaycan və Türkiyə ilə bağlı məsələlərə ikili standartlardan yanaşması gələn il keçiriləcək parlament seçkilərinin iqtidara diktə etdiyi siyasi şərtlərdən irəli gəlir: 

“Baş nazir Nikol Paşinyan “Real Ermənistan” layihəsinin müəllifidir. Bu layihə Ermənistanın iqtisadi dirçəlişi və siyasi təcriddən çıxması üçün başda Azərbaycan və Türkiyə olmaqla region dövlətləri ilə münasibətlərin nizama salınmasını özündə ehtiva edir. Bəllidir ki, Ermənistanda əks-siyasi mövqedə dayanan müxalifət və onunla işbirliyində olan Erməni Apostol Kilsəsi Paşinyanın bu mövqeyini kəskin tənqid edir. 

Bu mövqeyi Ermənistanın ümummilli maraqlarına xəyanət kimi dəyərləndirirlər. Erməni müxalifətinin və kilsənin maraqları var. Çünki müxalifət Paşinyanı tənqid etməklə qarşıdakı seçkilərdə etirazçı elektoratın səslərini qazanmaq, o cümlədən Baş nazirə etimadı olan seçicilərin mövqeyinə təsir göstərərək, onların bir qisminin müxalifətə səs verməsinə çalışırlar. Bu məsələdə kilsənin ideoloji və dini təsiri də erməni cəmiyyətində müxalifətin xeyrinədir”.

Ekspert qeyd edib ki, Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətləri nizama salmadan özünün “Real Ermənistan” layihəsinin gerçəkləşdirilməsi istiqamətində konkret addımlar ata bilməyəcək: 

“İrəvanın Ankara ilə münasibətlərində olan gərginlik zamanında torpaqlarımızın işğal olunması ilə bağlıdır. Bu, qardaş Türkiyənin Azərbaycana göstərdiyi dəstəyin təzahürü idi. Hətta ermənilər türkləri 1915-ci ildə onlara qarşı “soyqırım” keçirməkdə ittiham edirlər. Münasibətlərdə bu gərginlik qaldıqca Paşinyan məlum layihənin icrası istiqamətində konkret addımlar ata bilməyəcək”. 

Həmsöhbətimiz diqqətə çatdırıb ki, Paşinyan Türkiyə ilə münasibətlərin düzəlməsi üçün bu ittihamlardan geri çəkilmək lazım olduğunu bilir: 

“O zaman Ermənistanla Türkiyə arasındakı sərhədlər də açıla bilər. Tərəflər arasında münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlar gedir. Bununla yanaşı, Ermənistan Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından da imtina edilməlidir. Bu, rəsmi Bakının da əsas şərtlərindən biridir. Yəni sülh müqaviləsinin imzalanması Ermənistanın Azərbaycanın təkliflərini qəbul etməsindən və atacağı addımlardan asılıdır”. 

Elşən Manafovun sözlərinə görə, Ermənistanda “soyqırım” abidəsini ziyarət protokoldan çıxarıla bilər: 

“Əgər Paşinyanın partiyası parlament seçkilərində qalib gəlsə, “Real Ermənistan” layihəsinin gerçəkləşməsi istiqamətində daha konkret addımlar atacaq. Siyasi iradə və qətiyyət nümayiş etdirmək üçün Ermənistan cəmiyyətinin ona olan dəstəyi Paşinyana bu addımı atmağa imkan verəcək. 

Hazırda Ermənistana gələn rəsmi şəxslərin erməni “soyqırımı” abidəsinin ziyarət edilməsi ilə bağlı protokol var. Lakin parlament seçkilərindən sonra bu protokol ləğv oluna bilər. İndiki vəziyyətdə Erməni Apostol Kilsəsi onun ləğv olunmasından istifadə edərək Ermənistanın ümummilli maraqlarına və xalqa qarşı xəyanətdə ittiham edər. 

Düzdür, Paşinyan seçkilərə qədər kilsənin rəhbərliyinə özünə uyğun şəxsləri gətirə bilsə, onda “soyqırım” abidəsini ziyarət protokoldan çıxarıla bilər”. 

Elmir Mustafa
"Cebheinfo.az"

Açar sözlər: Ermənistan Paşinyan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Noyabr 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see600

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see531

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see356

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see283

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see247

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see246

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see235

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see234

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see230

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see230

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see208

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see206

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see203

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see191

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see187

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see179

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see178

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see168

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri