Lavrovun müavini: Moskva rəsmi İrəvanın Avropa İttifaqına can atmasından narahatdır
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Moskva rəsmi İrəvanın Avropa İttifaqına can atmasından narahatdır. Qərb onu özünün geosiyasi oyunlarına cəlb etsə, Ermənistan Avrasiya İqtisadi İttifaqının verdiyi üstünlükləri itirmək təhlükəsi ilə üzləşəcək”.
APA-nın TASS-a istinadən xəbərinə görə, bunu Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
“Ermənistanın Avropa İttifaqına yönəlməsi ona görə narahatlıq doğurur ki, bu addım adıçəkilən ölkənin Avrasiya İqtisadi İttifaqına üzvlüyü ilə ziddiyyət təşkil edir. Biz Ermənistandakı çoxsaylı həmkarlarımızla söhbətlərimizdə də bu məqamı onların diqqətinə çatdırırıq. Məlumdur ki, Ermənistan bu quruma üzv olduğu üçün dinamik şəkildə inkişaf edir, bütün sahələrdə iqtisadi inkişaf qeydə alınır. Qərb Ermənistanı özünün geosiyasi oyunlarına cəlb edib, Rusiyadan və digər müttəfiqlərindən qoparmağa çalışsa, onlar məhz bu böyük sərvətdən məhrum ola bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 22 Aprel 2025 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















