Icma.az
close
up
RU
Moskva İrəvanın Aİ yə meyllənməsindən narahatdır

Moskva İrəvanın Aİ yə meyllənməsindən narahatdır

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, Rusiyanın Xarici İşlər nazirinin müavini Aleksandr Qruşkonun iddiasına görə, Qərb dövlətləri İrəvanı “geosiyasi oyun”a cəlb etməyə çalışırlar.
“Yaxşı məlumdur ki, Aİİ-də iştirakı sayəsində Ermənistan dinamik mərhələlərlə inkişaf edir və İrəvan üçün bütün əsas sahələrdə iqtisadi artım müşahidə olunur. Bu, Qərbin Ermənistanı Rusiyadan və digər təbii müttəfiqlərindən qoparmaq cəhdi ilə onu geosiyasi oyununa cəlb edəcəyi təqdirdə Ermənistanın itirmək riski ilə üzləşdiyi böyük bir sərvətdir”, - rusiyalı məmur jurnalistlərə açıqlamasında deyib.
Moskva: “Ermənistanı çətin gələcək gözləyir” Xatırladaq ki, aprelin 4-də Ermənistan prezidenti Vaaqn Xaçaturyan ölkənin Aİ-yə daxil olması prosesinin başlanması haqqında qanunu ikinci və yekun oxunuşda qəbul edib. Hakimiyyətin atmağı planlaşdırdığı növbəti addım Brüsselli həmkarları ilə Avropaya inteqrasiya üçün “yol xəritəsi”ni müzakirə etmək, sonra isə respublikanın Aİ-yə üzvlüyü ilə bağlı referendum keçirmək olub. Amma hələlik Ermənistanın Aİ-yə daxil olmaq üçün namizədlik statusu yoxdur.
Bununla belə, Ermənistan hakimiyyəti Aİİ-dən çıxmaq planlarını istisna edir. İrəvanın fikrincə, bu, iqtisadi cəhətdən sərfəli strukturdur və Ermənistanın parallel şəkildə Avropaya inteqrasiyası məsələsini həll etmək olar.
Qeyd edək ki, Ermənistanın eyni vaxtda həm Aİİ-də, həm də Aİ-də üzlvlüyü məsələsinimn qeyri-mümkün olduğu barədə Moskva dəfələrlə İrəvana xəbərdarlıqlar edib. Lakin bu xəbərdarlıqlara rəğmən, Ermənistan hakimyyəti Avropaya inteqrasiya siyasətinin dönməz olduğunu vurğulayır.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://azvision.az
archiveBu xəbər 22 Aprel 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri