Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Lavrovun “qara qutu” eyhamı: Rusiya bunu niyə yaydı?

Lavrovun “qara qutu” eyhamı: Rusiya bunu niyə yaydı?

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Burada yalnız “qara qutu” üzərindən danışıb, digər məsələləri gözardı etmək doğru deyil.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Rusiya media orqanlarında yayılan və guya AZAL pilotlarının danışıqları olduğu iddia edilən stenoqrama münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, məsələ ilə bağlı ilk növbədə dövlət qurumları açıqlamalar verməldir:

“Baza” Teleqram kanalı nə vaxtdan rəsmi informasiya mənbəyi olub ki, onun əsasında şərhlər verilsin? İndiki halda prosesləri qabaqlayaraq, informasiya yönləndirməsinin heç bir əsası yoxdur. Bu, bizə qəzadan dərhal sonra baş verənləri xatırladır.

Qeyd edim ki, təyyarənin “qara qutu”su ağır və faciəli qəzanın istintaqında önəmli olan sadəcə bir elementdir. Yəni prosses təkcə bundan ibarət deyil.

Tutaq ki, “qara qutu” 08:16 radələrində təyyarənin zərbə aldığını qeydə alıb və Braziliya tərəfi də bunu “oxuyaraq”, Qazaxıstan tərəfinə qaytarıb. Onda Rusiya da daxil olmaqla, İstintaq Komitəsinin, müvafiq qurumların, həmçinin Azərbaycanın Qazaxıstanla birgə komissiyalarının işi bundan ibarətdir ki, “təyyarənin arxa qanadında olan qəlpə izləri hansı silahdandır” sualını versinlər.

Kapitan bəzi sistemlərin fəaliyyətini dayandırdığını və artıq təyyarənin mexaniki qaydada idarəçiliyə keçdiyini deyib. Orada nə üçün GPS sisteminin işləmədiyini bildirir? Niyə Ukraynaya məxsus PUA-lara qarşı tədbirlər həyata keçirildiyini dispetçer kapitana bildirmir?

Doğrudur, dünya aviasiya sistemlərinin müəyyənləşdirdiyi qaydalara görə, pilot hava məkanında deyilən alternativlər içərisindən özü seçim edir. Ancaq buna görə qəhrəmanlıq göstərmiş ekipaj üzvlərinin üstünə kölgə salmaq və yaxın hava limanlarına eniş etmədiyi üçün məsuliyyəti onların üzərinə yıxmaq düzgün olmayan siyasi və əsassız hüquqi yanaşmadır.

“Qara qutu”da kapitan və pilotun bir neçə qeydə alınmış sözü ilə Rusiyanın Qroznı bölgəsində hərbi hava hücumundan müdafiə qüvvələrinin həyata keçirdiyi tədbiri pərdələməyə çalışmaq yolverilməzdir. İstəyirlər ki, informasiya məkanını birinci tutub və buna həqiqət möhürünü vurub, ardınca təyyarəni zədələyib, Xəzər dənizinə yönəldib, faktları itirmək versiyalarını yox etsinlər.

Daha öncə də belə hadisələr təkrarlandığı üçün Qroznı hava limanı faktiki olaraq bu problem barədə öncədən xəbərdarlıq edə bilərdi. Bəli, Rusiya-Ukrayna müharibəsi Şimali Qafqaza çatıb. Qroznu və ətraf ərazilər döyüş bölgəsidir. Ancaq məgər bu, hava limanını açıq saxlayıb, sonra mülki təyyarəni vurub, daha sonra iz itirməyə çalışmağa əsas verir?”

Millət vəkili xatırladıb ki, hər kəs - bütün şahidlər, mütəxəssislər, peşəkarlar pilotlarımızın hava səngərində necə qəhrəmanlıqla döyüşdüyündən danışır:

“Guya kapitan deyib ki, təyyarədəki problemin səbəbi balonun partlamasıdır, təyyarənin silkələnməsi də eniş səbəbindəndir. Bəs təyyarədə olan sərnişin və bələdçinin bədənində olan qəlpə yarası nədir?

İndi açılmış cinayət işini pilotların Aktauya getmək qərarını özlərinin seçdiyi iddiasıyla bağlamaq istəyirlər. Halbuki təyyarənin vurulmasından sonra “kor olması” radioelektron mübarizə sisteminin nəticəsidir və pilot-dispetçer danışığında təbii ki, buna toxunulmayıb.

Stenoqrama inansaq, kapitanın bir neçə hava limanını soruşması və özündə hesablamalar aparmasını düşünməliyik. Görünür, kapitan nələrisə açıq deməyib və yaxud həmin məsafəni qət edəcəyi təqdirdə yaranacaq təhlükəni hesablayıb”.

Z.Oruc vurğulayıb ki, Rusiya elitası ədalətli istintaq əvəzinə özünü müdafiə etmək variantını seçəcəksə və informasiya vasitələri ilə bəraət qazanmağa çalışacaqsa, bu cəhd nəticəsiz olacaq və onlara başucalığı gətirməyəcək:

“Əksinə, bu cəhdlər onların ifşasını sürətləndirəcək və fakt qarşısında qalacaqlar. Eyni zamanda, bu, dövlətlərarası münasibətlərə də mənfi təsir göstərəcək.

Əgər burada informasiya manipulyasiyası yoxdursa, Sergey Lavrovun dediyi kimi, “dövlətlərarası münasibətlər yaxşı səviyyədədirsə və bizi müttəfiqlik əlaqələri birləşdirirsə, ölkə rəhbərləri müxtəlif strateji layihələri daima razılaşdırır və heç bir problem mövcud deyilsə” (sitat Lavrovdandır), nə üçün Qoznıda dispetçerin və ya hava hücumuna qarşı işə salınan “Pantsir S1” qüvvələrinin izahatı yayılmayıb?

Bu məsələ Rusiya-Azərbaycan arasında əbədi “qara qutu” qovğasına çevrilməməlidir. Halbuki bizim milli tariximizdə - 1990-cı illərdə də müxtəlif helikopter və bu kimi qəzalar olub və həmin zamanlarda “qara qutu”larla bağlı necə manipulyasiyalar getdiyini xatırlayıram. Ancaq indi güclü və qalib dövlətimizin başçısı öz iradəsini ortaya qoyub. Prezident İlham Əliyev sübut etdi ki, səngərdə xüsusi təyinatlılara necə yanaşırsa, bu hadisəni də o cür dəyərləndirir. Baxmayaraq ki, söhbət mülki insanların məruz qaldığı hadisədən gedir.

Əlbəttə, hazırda bu məsələni dövlətlərarası toqquşmaya keçirmək istəyənlər var. Çünki hadisə baş verən andan sonra üç gün ərzində müvafiq addımlar atılmadı. Ancaq bu manipulyasiyaları edənlər Vladimir Putinin qəza ilə bağlı Prezidentimiz İlham Əliyevə üzrxahlığını bildirdiyini də düşünsünlər”.

Zahid Oruc əlavə edib ki, günahkarları cəzalandırmaq və kompensasiya ödəmək Rusiya tərəfini kasıblatmaz:

“Əksinə, Ukrayna savaşına görə qlobal hücumlara, siyasi embarqolara, zərbələrə məruz qalan ölkənin imicinə müsbət çalar qatar.

İndiki halda Azərbaycana bu hadisələr fonunda göndərilən başsağlıqları, təklifləri görürsünüz. Bu, qlobal həmrəylik və dəstək dövlətimizin qətiyyətli mövqeyinə göstərilən hörmətin təzahürüdür.

Hesab edirəm ki, məsələni dövlətlərarası böhrana çevirmədən, irəli sürülən tələblər icra edilməlidir”.

Qeyd edək ki, Rusiyanın bəzi media orqanlarında AZAL pilotlarının Qroznı, Mahaçqala, Aktau hava limanlarının dispetçerləri ilə danışıqlarını əks etdirdiyi iddiası ilə “stenoqram” yayılıb. İddia edilir ki, stenoqram Braziliyada oxunan “qara qutu”lardan əldə edilib. Həmiin stenoqramda Qorznıdakı dispetçerin yaxın hava limanlarını təklif etdiyi əks olunub.

Pilotlarla dispetçerlərin danışığı olduğu iddiası ilə yayılan stenoqramdan bir gün əvvəl isə Rusiya XİN başçısı Sergey Lavrov Aktauda qəzaya uğrayan təyyarənin “qara qutu”larının “çox maraqlı məlumatlar verdiyi”ni və bu məlumatların hazırda yayılan versiyaların çoxunu dəstəkləmədiyini bildirmişdi. Ehtimal olunur ki, Lavrovun bu sözünün ardınca “pilot-dispetçer” danışıqlarının iddia edilən stenoqramının yayılması təsadüf deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://axar.az
archiveBu xəbər 17 Yanvar 2025 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see312

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see261

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see252

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see239

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see236

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see204

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see201

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see183

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see174

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see164

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see153

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see152

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see151

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see149

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see129

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see127

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see126

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see125

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see125

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri