Rusiya niyə Avropanı qorxudur? Lavrovun müsahibəsinin şifrələri
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya xarici işlər naziri Sergey Lavrov ilin sonuna həsr olunmuş müsahibəsində ənənəvi sərt və hədələyici ritorikasından geri çəkilməyib. O bildirib ki, Avropanın Rusiyaya qarşı birbaşa hərbi hücuma cəhd etməsi "köhnə qitə" üçün son dərəcə ağır və dağıdıcı nəticələrə yol aça bilər.
Lavrovun sözlərinə görə, Qərb, xüsusilə də Avropa paytaxtları son illər təhlükəli şəkildə militarist xətt tutub və Rusiya ilə açıq qarşıdurmaya doğru sürüklənir. Nazir vurğulayıb ki, Moskva belə ssenarini arzuolunan hesab etmir, lakin milli təhlükəsizlik və dövlətin mövcudluğu məsələsi gündəmə gələrsə, Rusiya bütün imkanlarından istifadə etməkdən çəkinməyəcək.
Onun ifadə etdiyi "dəhşətli zərbələr" isə açıq şəkildə Avropanın ciddi hərbi, iqtisadi itkilərlə üzləşə biləcəyinə işarə kimi dəyərləndirilir.
"Lavrov lideri Vladimir Putin kimi Avropanı qorxutmağa çalışır".
Bu sözləri mövzu ilə bağlı Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq xatırladıb ki, Rusiya rəsmiləri əvvəllər Avropanı nüvə müharibəsi ilə hədələyirdilər, bu hədələrin işə yaramadığını anladıqdan sonra yeni hədələrə keçiblər:
"Bəllidir ki, Avropa İttifaqı ölkələrinin Ukrayna ilə birgə Rusiyaya qarşı müharibəyə qoşulması kimi planı yoxdur. Avropa İttifaqı və NATO sadəcə Ukraynanı ayaqda saxlamağa çalışır. Bu məqsədlə Ukraynaya maliyyə və hərbi texnika göndərilir. Buna rəğmən, heç bir dövlət Ukraynaya ordu birlikləri göndərməyi planlaşdırmır. Bunu Kreml də bilir, sadəcə Rusiya rəsmiləri qabaqdangəlmişlik edərək Avropa ölkələrini Ukraynaya dəstəyi artırmaqdan çəkindirməyə çalışırlar. Ancaq bu alınmır.
Rusiyanın Ukraynaya qarşı apardığı müharibə Avropa təhlükəsizliyinə əsas təhdiddir. Rusiyanın işğalçı planlarından qorunmağın yolu Ukraynaya dəstəyin artırılmasından keçir".
Elxan Şahinoğlunun fikrincə, Kreml ABŞ prezidenti Donald Trampın siyasətindən məmnundur:
"Rusiya prezidenti Vladimir Putin Ağ Evin müharibənin dayandırılması ilə bağlı irəli sürdüyü 28 bəndlik planı müzakirə etməyə hazır idi. Ancaq Kiyev və Brüssel həmin plana zəruri düzəliş və dəyişikliklər etdi. Kreml yeni planı rədd etdi. Lavrov müsahibəsində müharibənin dayandırılmasına guya Avropanın əngəl olduğunu bildirib. Yəni bu məntiqə görə, Kiyev və Brüssel Ağ Evin irəli sürdüyü plana dəyişikliklər etməsəydilər, Moskva müharibəni dayandırmağa hazır idi".
Politoloq Sergey Lavrovun müsahibəsində Tayvanla bağlı dediyi sözlərə də diqqət çəkib:
"O deyib ki, əgər Çin Tayvanı ələ keçirmək üçün hərbi müdaxiləyə başlayarsa, Rusiya müttəfiqinin yanında olacaq. Kreml bununla Çini Tayvanı ələ keçirmək siyasətinə dəstəyini nümayiş etdirib.
Görünür, Çinin Tayvanı ələ keçirmək məqsədilə müharibəyə başlaması Rusiyanın maraqlarına cavab verir. Kremldə hesab edirlər ki, Asiya qitəsində yeni müharibə böyük dövlətlərin diqqətini həmin bölgəyə yönəldəcək və Qərb ölkələrinin Rusiya-Ukrayna müharibəsinə diqqətinin azalması ilə müşahidə olunacaq.
Buna baxmayaraq, Pekin Tayvanı ələ keçirmək məqsədilə müharibəyə başlamağa risk etmir. Çünki bu müharibənin Çin iqtisadiyyatı üçün ciddi problemlər yarada biləcəyinin fərqindədir. Putin Ukraynaya qarşı işğalçı müharibəyə başaldıqda iqtisadi riskləri hesablamadı.
Bu arada, Rusiya prezidenti Vladimir Putinin ilin sonuna yaxın Qazaxıstanın keçmiş lideri Nursultan Nazarbayevlə görüşü diqqət çəkib. Bunu Putinin Qazaxıstanın hazırkı prezidentinə xəbərdarlıq mesajı kimi qiymətləndirmək olar.
Kasım-Jomart Tokayev Rusiya ilə tərəfdaşlığı davam etməklə yanaşı, Türk dövlətlərin arasında inteqrasiyaya, ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığın genişlənməsinə maraq göstərir. Bu isə imperiya təfəkkürünə sahib olan Rusiya prezidentinin xoşuna gəlmir. Ancaq Putinin “mesajları” mövcud durumu dəyişmək iqtidarında deyil.
Putin Ermənistanın baş naziri Nikol Paşinyanın acığına köhnə dostu Robert Köçəryanla da görüşürdü, ancaq Kreml sahibi bununla istədiyi nəticəni əldə edə bilmədi".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 28 Dekabr 2025 18:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















