Icma.az
close
up
RU
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər Proqnoz

Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər Proqnoz

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Kreml bundan sonrakı dövrdə Ermənistanı Rusiyanın qeyri-rəsmi quberniyasına çevirməyə cəhd edəcək


Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana mümkün səfəri hazırda gündəmdə olan əsas siyasi mövzulardan birinə çevrilib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib. Onun sözlərinə görə, səfərlə bağlı müzakirələr aparılır və zaman yetişdikdə bu barədə ətraflı məlumat veriləcək.

Zaxarovanın bu açıqlaması həm regionda, həm də beynəlxalq səviyyədə müxtəlif ehtimalları gündəmə gətirib. Ermənistanın son dövrlər Qərblə yaxınlaşma cəhdləri, Rusiyanın narazılığı və regional geosiyasi reallıqlar fonunda Lavrovun səfəri sıradan bir diplomatik addım deyil, əksinə, mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər.


Politoloq Elçin Xalidbeyli Sherg.az-a açıqlamasında bildirib ki, Paşinyan hakimiyyətinin Qərbə inteqrasiya siyasəti iflasa uğrayıb.


"Görünür ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri Ermənistanın gələcək talehini birbaşa müəyyənləşdirəcək. Çünki son vaxtlar Ermənistanın ABŞ və Qərbdən dəstəyi zəifləməyə başlayıb. Paşinyan hakimiyyəti anlayır ki, Qərbə inteqrasiya siyasəti iflasa uğrayıb və Rusiyanın hiddətləndiyi bir dövrdə onunla ilə qarşıdurma təhlükəlidir. Buna görə də Ermənistanın Baş naziri Nikol Paşinyan Böyük Qələbənin 80 illiyi münasibətilə keçirilən paradda iştirak etdi. Sözügedən hadisə göstərir ki, Ermənistan taleyüklü seçim qarşısındadır. Əgər İrəvan yenidən Moskvanın orbitinə qayıtmasa, yaxınlaşan parlament seçkisi ərəfəsində Rusiya kəşfiyyatının Ermənistanda dövlət çevrilişi etmə ehtimalı yüksəkdir. Çünki Rusiyaya bağlı kilsə və Qarabağ klanının idarə etdiyi radikal-revanşist düşərgə artıq bu seçkilər ərəfəsində Paşinyan hakimiyyətini devirməyə hazırlaşdığını gizlətmir. Bu baxımdan, Ermənistanda dövlət çevrilişi baş verə bilər. Buna görə də Ermənistan yenidən Rusiya ilə münasibətlərini normallaşdırır. Bu istiqamətdə müəyyən addımlar atır. Əgər belə davam edərsə, Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər".

Ekspert əlavə edib ki, Kreml bundan sonraki dövrdə Ermənistanı Rusiyanın qeyri-rəsmi quberniyasına çevirmək istəyir:

"Paşinyan hakimiyyəti nə qədər müqavimət göstərsə də, Ermənistan yenidən Rusiyanın nəzarəti altına keçmiş olacaq. Hətta Kreml bundan sonrakı dövrdə Ermənistanı Rusiyanın qeyri-rəsmi quberniyasına çevirməyə cəhd edəcək".


Fidan Fərhad

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 May 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see295

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see236

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see200

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see195

Epşteyn işinə görə ABŞ Konqresində ifadə verməlidir

23 Noyabr 2025 13:07see183

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see150

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see147

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see144

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see141

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see134

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see134

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see132

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see129

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see129

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see129

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see128

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see128

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see127

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see127

Merzdən Ukrayna ilə bağlı bəd xəbər

23 Noyabr 2025 19:15see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri