Icma.az
close
up
RU
Layihə çərçivəsində son təlim günü başa çatıb

Layihə çərçivəsində son təlim günü başa çatıb

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Əlilliyi olan Şəxslərə Sosial Dəstək İctimai Birliyinin icrası ilə həyata keçirilən "Əlilliyi olan uşaqların sağlamlığının qorunması" layihəsi çərçivəsində son təlim günü təşkil olunub.

"Cebheinfo.az" xəbər verir ki, təlimdə 19 nəfər iştirak edib. Tədbiri Əlilliyi olan Şəxslərə Sosial Dəstək İctimai Birliyinin sədri Təranə Musayeva açıq elan edib. O, layihənin maliyyələşdirilməsinə, valideynlərin tibbi və reabilitasiya sahəsində maarifləndirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib.Təranə Musayeva qeyd edib ki, bu cür layihələrin gələcək illərdə də davam etdirilməsi daha çox valideynin tibbi biliklərinin artırılmasına, əlilliyi olan uşaqların reabilitasiya prosesində düzgün yanaşmaların tətbiqinə və ailələrin maariflənməsinə mühüm töhfə verəcəkdir.

O, Agentliyə göstərdiyi davamlı dəstəyə görə bir daha minnətdarlığını ifadə edib. Daha sonra layihənin qiymətləndirilməsi mərhələsi keçirilib. İştirakçılarla sorğu-sual təşkil olunub, təlim mövzuları üzrə bilikləri yoxlanılıb və layihə rəhbəri ilə birlikdə mövzular ətrafında müzakirələr aparılıb. İştirakçılar sualları böyük həvəslə cavablandıraraq əldə etdikləri bilik və bacarıqları nümayiş etdiriblər. Bu isə layihənin məqsədlərinə uğurla nail olunduğunu və iştirakçılar tərəfindən böyük maraqla qarşılandığını göstərdi.

Tədbirin sonunda layihə rəhbəri iştirakçılara gələcək fəaliyyətlərində uğurlar, özlərinə və övladlarına möhkəm cansağlığı arzuladı, onların gələcəkdə də maarifləndirici və faydalı layihələrdə fəal iştirak etmələrini diləyib. Sonda əvvəlcə təlimçiyə təşəkkürnamə təqdim olunub, daha sonra isə layihə rəhbəri və təlimçi tərəfindən bütün iştirakçılara sertifikatlar təqdim edilib. İştirakçılar layihə ilə bağlı xoş təəssüratlarını bölüşərək təşkilatçılara təşəkkür ediblər. Layihə yüksək məmnunluq hissi ilə başa çatıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 İyul 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri