Icma.az
close
up
RU
Öz markanı yarat: Layihə çərçivəsində növbəti təlim FOTOLAR

Öz markanı yarat: Layihə çərçivəsində növbəti təlim FOTOLAR

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və İnnovasiya və Sosial İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə “Sahibkarların innovativ bacarıqlarınının artırılması” adlı layihə çərçivəsində növbəti təlim Bakı Resurs Mərkəzində keçirildi.

"Cebheinfo.az" xəbər verir ki, təlimdə Bakı Dövlət Universitenin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin Beynəlxalq münasibətlər, İqtisadiyyat, Beynəlxalq ticarət və logistika, Dövlət və ictimai münasibətlər, Menecment, Biznesin idarə edilməsi ixtisasları üzrə təhsil alan tələbələr,  yeni biznes fəaliyyətinə başlamaq istəyən gənclər və gənc fərdi sahibkarlar iştirak edirdi. Layihə icraçısı, Bakı Dövlət Universitetinin müəllimi Lalə Maxsudova çıxış edərək vurğuladı ki, ölkəmizdə sahibkarlığın stimullaşdırılması məqsədilə biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşdırılır, qanunvericilik bazası təkmilləşdirilir, sahibkar-dövlət, hökumət-biznes münasibətləri daha da inkişaf etdirilir, iqtisadiyyata geniş dəstək paketini nəzərdə tutan çoxsaylı proqramlar icra olunur. Amma bütün qeyd edilən irəliləyişlərlə yanaşı, kiçik və orta biznesin inkişafının stimullaşdırılmasına, iş adamlarının biznes layihələrinin həyata keçirilməsinə dəstək məqsədilə daha təkmil və çevik dövlət dəstəyi mexanizminin yaradılmasına böyük ehtiyac vardır. Məsələn, bəzən iş adamlarının daxili bazarı araşdırmadan iş qurması sonda istənilən nəticəni vermir. O cümlədən, sahibkarların öz hüquqlarını, ölkə qanunvericiliyinin tələblərini, vergi inzibatçılığını, yeni innovativ  metodoloji yanaşmaları bilməmələri müəyyən neqativ hallar yaranmasına gətirib çıxarır.

İqtisadi ekspert, Beynəlxalq Əmək Təşkilatının-biznes təlimçisi, Bakı Biznes Universitetinin müəllimi Bəsti Bəşirova mövzu üzrə startap layihələr, süni intelektin biznesdə tətbiqi, rəqəmsal marketinqdə süni intelektin faydaları, marketinq xərclərinin  azalmasına dəstək olan innovativ alətlər, kiber təhlükəsizlik, bazara çıxışı və satışı asanlaşdıran innovativ proqramlar və s. barədə təlim iştirakçılarına ətraflı məlumat verdi.  O, bildirdi ki, innovativ texnologiyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətini daha da stimullaşdırmaq, biznesin işini asanlaşdırmaq üçün ölkədə fiziki və hüquqi şəxslərə xüsusi razılıq (lisenziya), sertifikat və digər sənədlərin verilməsi prosedurları elektronlaşdırılıb ki, bütün bunlar sonda sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülən işlərin səmərəliliyini daha da artırır. Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara 23-dən artıq fəaliyyət növü üzrə lisenziyalar təqdim olunur. Təkcə 2015-2023-cü illərdə Azərbaycanda sahibkarlara 15.000-dən çox lisenziya verilib ki, bunların da 4500-dən çoxu elektron lisenziya olub. Lisenziyalar iş adamlarına “Lisenziyalar və icazələr” portalı ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tabeliyində olan KOB evləri, “ASAN xidmət” mərkəzləri vasitəsilə təqdim edilir.

Təlimdə həmçinin gənc, fərdi sahibkar olmaqla yanaşı informasiya təhlükəsizliyi üzrə beynəlxalq sertifikatlı mütəxəssis Həsən Şahbazov “Öz markanı yarat” adlı slaydı təqdim edərək, əməliyyatlar və təchizat zəncirində süni intellekt,  süni intellekt alətləri və platformaları, süni intellekt və kibertəhlükəsizliyin biznesdə rolu və tətbiqləri, marketinq və satışda süni intellekt tətbiqləri  və s. yarımbölmələr üzrə əyani bilgilər, faydalı məlumatlar verdi.

Təlimdə iştirakçıları maraqlandıran suallar iqtisadi təlimçi-ekspert Bəsti Bəşirova və digərləri tərəfindən cavablandırıldı, mövzunu tam əhatə edən slaydlar təqdim edildi. Layihə çərçivəsində növbəti  və son təlim Sumqayıt şəhərində təşkil ediləcəkdir.

"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 İyun 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri