Icma.az
close
up
RU
Layiqli əməyin təminatı ilə bağlı qanunvericilikdə hansı prinsiplər əksini tapıb? AZƏRTAC

Layiqli əməyin təminatı ilə bağlı qanunvericilikdə hansı prinsiplər əksini tapıb? AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 28 noyabr, AZƏRTAC

Layiqli əməyin təminatı Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ötən dövrdə ölkəmiz Beynəlxalq Əmək Təşkilatının (BƏT) əsas işçi hüquqları ilə bağlı 60-dək Konvensiyasını, o cümlədən keçən il “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” Konvensiyasını ratifikasiya edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a bildirilib ki, BƏT-lə fəal əməkdaşlıq təcrübəsinə malik olan ölkəmiz məşğulluq və əmək sahəsində öz milli qanunvericiliyini həmin sənədlərdən irəli gələn yanaşmalara uyğun təkmilləşdirib. Bu gün ölkəmizin Əmək Məcəlləsində ayrıca bir fəsil əməyin mühafizəsi normalarını, əməyin mühafizəsi hüququnun həyata keçirilməsi təminatlarını və s. əhatə edir. Məcəllədə müəssisənin mülkiyyətçisinin və işəgötürənin işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdeh olduğu vurğulanır. Məcəllədə, həmçinin minimum əməkhaqqı ilə bağlı normalar, o cümlədən işçinin minimum əmək haqqı miqdarından az olmayan əməkhaqqı almaq hüququ əksini tapıb.

Qeyd edilib ki, ölkəmizdə aparılan minimum əmək haqqının mütəmadi artımı təmin edilir. Son beş ildə icra olunan 4 sosial islahat paketi nəticəsində də minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq əməkhaqqı 2 dəfəyədək, median əməkhaqqı 2,2 dəfə, əmək haqqı fondu 3 dəfə artıb.

Milli qanunvericilikdə, həmçinin işçilərin məzuniyyət hüququna xüsusi yer verilir. Burada qeyd olunur ki, işçilərin məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Əmək stajından asılı olaraq işçilərə beş ildən on ilədək əmək stajı olduqda 2 təqvim günü, on ildən on beş ilədək əmək stajı olduqda 4 təqvim günü, on beş ildən çox əmək stajı olduqda 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

Gender bərabərliyinin təmin olunması, əmək münasibətlərində ayrı-seçkiliyə, uşaq əməyinin istismarına və məcburi əməyə, məzuniyyət hüququndan istifadənin məhdudlaşdırılmasına yol verilməməsi və s. ilə bağlı da qanunvericilikdə beynəlxalq normalardan irəli gələn prinsiplər əksini tapıb.

Əmək münasibətləri və məşğulluğa dair milli qanunvericilikdə əksini tapan, biznes reytinqlər baxımından da önəmli olan vacib mövzularla bağlı nazirliyin saytı vasitəsilə də məlumat almaq olar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Noyabr 2024 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see180

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see175

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see165

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see150

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see145

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri