Icma.az
close
up
RU
Layiqli əməyin təminatı ilə bağlı qanunvericilikdə hansı prinsiplərin əksini tapdığı açıqlanıb

Layiqli əməyin təminatı ilə bağlı qanunvericilikdə hansı prinsiplərin əksini tapdığı açıqlanıb

Icma.az, Apa.az saytına istinadən bildirir.

Layiqli əməyin təminatı Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ötən dövrdə ölkəmiz Beynəlxalq Əmək Təşkilatının (BƏT) əsas işçi hüquqları ilə bağlı 60-dək Konvensiyasını, o cümlədən keçən il “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” Konvensiyasını ratifikasiya edib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumatda deyilib.

Bildirilib ki, BƏT-lə fəal əməkdaşlıq təcrübəsinə malik olan ölkəmiz əmək və məşğulluq sahəsində öz milli qanunvericiliyini həmin sənədlərdən irəli gələn yanaşmalara uyğun təkmilləşdirib. Bu gün ölkəmizin Əmək Məcəlləsində ayrıca bir fəsil əməyin mühafizəsi normalarını, əməyin mühafizəsi hüququnun həyata keçirilməsi üçün təminatları və s. əhatə edir. Müəssisənin mülkiyyətçisi və işəgötürəninin işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdeh olduğu vurğulanır.

Həmçinin Məcəllədə minimum əməkhaqqı ilə bağlı normalar, o cümlədən işçinin minimum əmək haqqı miqdarından az olmayan əməkhaqqı almaq hüququnun olduğu əksini tapıb. Onu da bildirək ki, ölkəmizdə aparılan minimum əmək haqqının mütəmadi artımı təmin edilir. Son beş ildə icra olunan 4 sosial islahat paketi nəticəsində də minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq əməkhaqqı 2 dəfəyədək, median əməkhaqqı 2,2 dəfə, əmək haqqı fondu 3 dəfə artıb.

Milli qanunvericilikdə işçilərin məzuniyyət hüququna da xüsusi yer verilir. Qeyd olunur ki, işçilərin məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Əmək stajından asılı olaraq işçilərə beş ildən on ilədək əmək stajı olduqda 2 təqvim günü, on ildən on beş ilədək əmək stajı olduqda 4 təqvim günü, on beş ildən çox əmək stajı olduqda 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

Gender bərabərliyinin təmin olunması, əmək münasibətlərində ayrı-seçkiliyə, uşaq əməyinin istismarına və məcburi əməyə, məzuniyyət hüququndan istifadənin məhdudlaşdırılmasına yol verilməməsi və s. ilə bağlı da qanunvericilikdə beynəlxalq normalardan irəli gələn prinsiplər əksini tapıb.

Əmək münasibətləri və məşğulluğa dair milli qanunvericilikdə əksini tapan, biznes reytinqlər baxımından da önəmli olan vacib mövzularla bağlı https://sosial.gov.az/faydali/aciq-melumatlar/biznes-reytinqler-baximindan-emek-munasibetleri-ve-mesgulluga-dair-qanunvericilikde-vacib-meseleler linkindən də məlumat almaq olar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://apa.az
archiveBu xəbər 28 Noyabr 2024 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see255

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see189

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see185

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see182

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see155

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see150

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see133

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see129

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see127

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see123

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see122

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri