Icma.az
close
up
RU
Lazımsız qarşılıqlı ittihamlar bizə yaraşmır Millət vəkili Rəşad Mahmudov

Lazımsız qarşılıqlı ittihamlar bizə yaraşmır Millət vəkili Rəşad Mahmudov

Medicina saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Son 1 həftədir cəmiyyətdə həkim və pasiyent hüquqlarının qabardıldığı və bir həkimin həbs olunması ilə Azərbaycanın tanınmış həkimləri hadisələrə öz münasibətini və mövqeyini ifadə edir.

"Medicina" xəbər verir ki, millət vəkili, kardiocərrah Rəşad Mahmudov da müraciət edib.

"Son zamanlar cəmiyyət və tibb işçiləri arasında yaranmış anlaşılmazlıqlar bizi bir araya gəlməyə, dialoq və qarşılıqlı anlaşma üçün çalışmağa səsləyir. Unutmayaq ki, həkimlik sadəcə bir peşə deyil, həyat tərzidir. Biz, həkimlər olaraq, hər bir xəstənin sağlamlığını qorumağı özümüzə mənəvi borc bilirik. Lakin anlayırıq ki, bəzən gözləntiləri tam şəkildə qarşılaya bilmirik.

Sizi əmin etmək istəyirik ki, səhiyyə sistemində şəffaflıq, davamlılıq, ən son yeniliklərin ölkəmizə gətirilməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində daimi çalışırıq.

Ölkəmizdə son 100 ilin ən məhsuldar səhiyyə islahatları dövrü yaşanır. İcbari Tibbi Sığortanın tətbiqi uzun illər yatmış bir çox problemin ortaya çıxması üçün bir indikatordur. Bunların doğru qiymətləndirilməsi və hər birinə peşəkarcasına həll yolu tapılması zəruri və tək hədəfimiz olmalıdır.

Lazımsız qarşılıqlı ittihamlar bizə və böyük ailəmiz olan Vətənimizə yaraşmır. Əməkdaşlıq və qarşılıqlı hörmət mühitinin yaradılması üçün sizin dəstəyinizə ehtiyacımız var.

Gəlin, hər birimiz öz məsuliyyətimizi dərk edərək daha sağlam və qarşılıqlı anlayışla dolu bir cəmiyyət quraq. Hekayəmizi isə onun olacağına ürəkdən inanaraq və dua edərcəsinə anladaq. Devizimiz, "hər şey canımızı heç düşünmədən əmanət edə biləcəyimiz Azərbaycan Həkimi və onun səhiyyəsi naminə olsun!"


Medicina.az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 28 Yanvar 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri