LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı
Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.
Lənkəran Dövlət Universitetinin (LDU) Aqrar və mühəndislik fakültəsinin tələbələri tədris təcrübə bazasında yetişdirdikləri 1 tondan artıq sitrus meyvələrini Bakı və Bakıətrafı rayonlarda yerləşən 8 uşaq evi sosial xidmət müəssisəsinə göndəriblər.
Adalet.az xəbər verir ki, sovqat qismində göndərilən sitrus məhsulları LDU-nun aqrar tədris təcrübə bazasında aqrar yönümlü ixtisasların tələbələri tərəfindən yetişdirilib. Artıq 3 ildir ki, ənənəvi olaraq icra edilən bu xeyriyyə missiyası tələbələrdə sosial məsuliyyət hissini gücləndirmək məqsədi daşıyır.
Sosial xidmət müəssisələrinin rəhbərləri uşaqlara göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə və tələbə heyətinə minnətdarlıqlarını ifadə ediblər.
Xatırladaq ki, LDU-nun 2.7 hektarlıq aqrar tədris təcrübə bazasında limon, narıngi, portağal, kivi, feyxoa və s. sitrus meyvələr yetişdirilir.
Baxış sayı:77
Bu xəbər 23 Oktyabr 2026 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















