Icma.az
close
up
RU
LDU da möhtəşəm “Məzun günü”

LDU da möhtəşəm “Məzun günü”

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Lənkəran Dövlət Universitetində (LDU) keçirilən “Məzun günü”ndə ilk öncə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü, Azərbaycanın müstəqilliyi uğrunda qurban gedən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Məzunlara ilk təbrik LDU-nun rektoru, professor Natiq İbrahimovdan gəlib. Rektor məzunları LDU-nun professor-müəllim heyəti adından təbrik edərək gələcək həyat yollarında uğurlar arzulayıb. Bildirib ki, bu il LDU-da 1230 bakalavr, 147 magistr olmaqla 1377 nəfər məzun olur. Son 9 ildə tələbələrin sayının 3 dəfədən çox artdığını deyən rektor qeyd edib ki, bu müddət ərzində universitetin maddi-texniki bazası tam yenilənib,  müasir tələblərə cavab  verən 3 tədris korpusu inşa olunub, modern avadanlıqlarla təchiz olunmuş baytarlıq klinikası istifadəyə verilib . Rektorun növbəti tədris ili üçün daha 2 tədris korpusunun inşasına başlanılacağı xəbəri alqışlarla qarşılanıb.  LDU-nun beynəlxalq reytinqlərdə qazandığı uğurlardan  danışan prof. Natiq İbrahimov  müstəqil həyata mütəxəssis kimi vəsiqə alan məzunlara Lənkəran Dövlət Universitetinin adını hər yerdə uca tutmağı, onlara bəslənilən etimadı layiqincə doğrultmağı tövsiyə edib.

Məzun günündə çıxış edən  Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Lənkəran Dövlət Universitetinin İctimai Şurasının sədri, Respublikanın əməkdar müəllimi Mənsur Ağayev, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 1 saylı Lənkəran-Astara Regional Filialının direktoru,  LDU Məzunlar birliyinin rəhbəri Uğur Qurbanzadə, Astara Pedaqoji Kollecinin direktoru,  prof. Kamran Kazımov, valideyn Talıb Fərzəliyev,  məzun Günel Əliyeva  məzunlara xoş arzularını  bildiriblər.

Tədbirdə təhsildə fərqlənən və universiteti müvəffəqiyyətlə bitirmiş  məzunların və  LDU-nun təhsil və ictimai həyatında fəal iştirak etmiş tələbələrin bir qrupuna  Fəxri- Fərman və xatirə hədiyyələri təqdim edilib. 

Məzun günü Lənkəran Dövlət Universiteti tələbələrinin ifasında maraqlı konsert proqramı, şux rəqslərlə yekunlaşıb.

Unudulmaz tələbəlik illərinin son akkordları, təsirli anları xatirə şəkillərində əbədiləşdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 İyul 2026 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see666

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see361

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see218

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see194

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see187

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see184

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see183

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see179

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see175

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see171

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see171

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see170

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see168

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see167

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see166

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see165

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see165

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see164

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see161

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri