Lefkoşada ali təhsil sahəsində Azərbaycanla əməkdaşlığın Yol xəritəsi müəyyən edilib
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ankara, 10 iyul, AZƏRTAC
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Milli Təhsil Nazirliyində Azərbaycanla ali təhsil sahəsində əməkdaşlığa həsr olunmuş görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, ŞKTC-nin milli təhsil naziri Nazım Çavuşoğlunun sədrliyi ilə keçirilən görüşdə Şimali Kipr universitetlərinin Azərbaycandakı imkanlarının təqdimatı olub, həmçinin iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin qurulması ilə bağlı fikir mübadiləsi aparılıb.
Müzakirələrdə Şərqi Aralıq dənizi Universitetinin rektoru Hasan Kılıç və başqaları iştirak ediblər.
Azərbaycanda ŞKTC universitetlərinin sərgilərinin təşkili, Şimali Kipr universitetlərinin imkanlarını təqdim etmək üçün ofislərin açılması, iki ölkənin gəncləri arasında sıx təmasların yaradılacağı Yol xəritəsi müəyyən edilib.
Nazir N.Çavuşoğlu qeyd edib: “ŞKTC ilə Azərbaycanı tarixi qardaşlıq bağları birləşdirir. Təhsil və mədəniyyət sahəsində əməkdaşlığımızı nümayiş etdirmək çox vacibdir”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 10 İyul 2025 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















