Icma.az
close
up
RU
Azərbaycanla Gürcüstan arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub AZƏRTAC

Azərbaycanla Gürcüstan arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tbilisi, 22 noyabr, AZƏRTAC

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Zurab Jvania Dövlət İdarəçilik Məktəbinin direktoru Ketevan Jakeli ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə F.Quliyev Azərbaycan-Gürcüstan münasibətlərinin artan xətt üzrə inkişaf etdiyini, xüsusilə təhsil sahəsində aidiyyəti dövlət qurumları arasındakı faydalı əməkdaşlığın töhfələrini diqqətə çatdırıb. Burada yaşayan soydaşlarımızın təhsilinə dəstək məqsədilə Azərbaycan tərəfindən aparılan dövlət siyasəti, təşəbbüslər, eləcə də Gürcüstanda həyata keçirilmiş sosialyönümlü infrastruktur layihələri barədə məlumat verən diplomat tələbələrlə aparılan işin, bu ölkənin ali təhsil müəssisələri ilə mövcud olan təmasların əhəmiyyətini vurğulayıb. Azərbaycan dövlətinin Gürcüstandakı soydaşlarımızın təhsil məsələləri ilə bağlı təşəbbüs və layihələrə dəstək verməyə hər zaman hazır olduğunu qeyd edən səfir bildirib: “Məlumat mübadiləsi, qarşılıqlı səfərlər, birgə layihələrin hazırlanması və həyata keçirilməsi qarşımızda yeni perspektivlər açır”.

K.Jakeli isə Dövlət İdarəçilik Məktəbinin təhsil proqramları, həmçinin Gürcüstanın müxtəlif bölgələrində yaşayan, eləcə də yerli bələdiyyələrdə fəaliyyət göstərən dövlət qulluqçuları olan soydaşlarımız üçün təşkil edilən təmənnasız dövlət dili təkmilləşdirmə təlimləri, ixtisasyönümlü dil tədrisi, sertifikasiya mərhələləri və dilöyrənmə metodikasına dair tətbiq olunan müasir texnoloji yeniliklər barədə məlumat verib. Rəhbərlik etdiyi qurumun beynəlxalq tərəfdaşlarla aidiyyəti sahələr üzrə əməkdaşlıq münasibətlərindən söz açan K.Jakeli səfirliyin dəstəyi ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən müvafiq tərəfdaş qurumla əlaqələrin möhkəmləndiriləcəyinə inamını ifadə edib, eyni zamanda, Gürcüstanda birgə layihə və təşəbbüslərin həyata keçirilməsində maraqlı olduqlarını bildirib.

Söhbət zamanı birgə həyata keçirilə biləcək layihələr ətrafında fikir mübadiləsi aparılıb, aidiyyəti sahələr üzrə tərəflər arasında əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində əlaqələndirilmiş fəaliyyətin təşkili barədə razılıq əldə olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Noyabr 2024 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri