Icma.az
close
up
RU
“Legioner limitinin aradan qaldırılması azərbaycanlı futbolçuların ziyanınadı” Bəxtiyar Həsənalızadə

“Legioner limitinin aradan qaldırılması azərbaycanlı futbolçuların ziyanınadı” Bəxtiyar Həsənalızadə

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

“Araz-Naxçıvan” Misli premyer-liqasının Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən 12-ci tur matçında “Turan Tovuz”la heç-heçə etdi – 1:1.

Muxtar Respublika təmsilçisinin futbolçusu Bəxtiyar Həsənalızadə oyundan sonra “Football-plus.az”ın suallarını cavabladı.
– Matçı necə dəyərləndirirsən? Səncə, niyə xal itirdiz?
– Bəli, bu gün 2 xal itirdik. Turnir cədvəlində “Turan Tovuz”dan geridəyik. Qələbə qazanmaq lazım idi. Əlimizdən gələni etdik. Lakin məqsədimizə çata bilmədik. Birinci hissədə üstünlük bizim tərəfdə idi. Qalib gəlmək üçün birinci yarıdakı oyunu fasilədən sonra da göstərməliydik. Ancaq konsentrasiya əskikliyi yaşadıq.
– Avrokuboklara vəsiqə uğrunda mübarizə aparsaz da, hələ ilk “dördlük”dən kənardasız. “Araz-Naxçıvan” niyə sabit nəticələr qazana bilmir?
– Çempionatımız ildən-ilə inkişaf edir. Rəqabət artıb. Rəqiblərin heyətləri güclənib. Legioner limiti də yığışdırılıb... Bilmirəm, bu qərar xeyrimizədi, ya yox... Ancaq bəzi komandalar meydana 11 legionerlə çıxır. Xatırlayıram ki, ötən mövsüm uzun müddət ikinci pillədə qaldıq. Bizdən xeyli arxada olan “Zirə” sonradan bizi qabaqladı. Bu səbəbdən çempionatın necə bitəcəyini təxmin etmək çətindi. Hədəfimiz avrokuboklara yollanmaqdı. İstəyirik ki, mövsümü azı 4-cü sırada başa vuraq.
– Hazırda “Araz-Naxçıvan” çempionatın ən az tamaşaçı toplayan komandasıdı. Səncə, azarkeş dəstəyinin bu səviyyədə olmasının səbəbi təkcə doğma diyarda oynamamağınızdı?
– Bəli, Naxçıvanda məskunlaşsaq, bəlkə də çempionatın ən çox azarkeşi olan komandası biz olarıq. Bəli, biz uzaq məsafədə olan naxçıvanlıları anlayışla qarşılayırıq. Lakin Bakıda qalan tərəfdarlar stadiona gəlib bizə dəstək olsa, çox sevinərik. Hər birini tribunalarda görmək istəyirik.
– Bayaq legioner limitiylə bağlı qeyri-dəqiq danışdın...
– Bu barədə çox danışmaq istəmirəm (düşünür)... Ancaq legioner limitinin aradan qaldırılması azərbaycanlı futbolçuların ziyanınadı. Hər şey göz qabağındadı. Oyun təcrübəsi olmayan futbolçular milliyə çağrılır...
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 Noyabr 2025 23:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri