Icma.az
close
up
RU
Legioner limitinin ləğvi qərarında boşluq var İşbazlar pusquda

Legioner limitinin ləğvi qərarında boşluq var İşbazlar pusquda

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Azərbaycan Premyer Liqasında növbəti mövsüm iki əsas dəyişikliklə yadda qalacaq. 

Fanat.Az xəbər verir ki, uzun fasilədən sonra 12 komandanın iştirakı ilə keçiriləcək çempionatda legioner limiti də tətbiq olunmayacaq. 

2025/2026 mövsümündən əcnəbi oyunçulara qoyulan limit AFFA İcraiyyə Komitəsinin fevralın əvvəlində baş tutan iclasında ləğv olunub. 

Yeni qaydaya görə, oyunun sifariş vərəqəsində maksimum 17 əcnəbi futbolçu yer ala bilər. Meydanda eyni anda 11 legionerin oynamasına icazə verilib.

Bundan başqa, legioner futbolçular üçün rüsum aşağıdakı kimi olacaq:

- 1 legionerdən 7 legionerə qədər: 5000 manat
- 8-dən 12-yə qədər: 10000 manat
- 13-dən 15-ə qədər: 100000 manat
- 16 və daha yuxarı: 200000 manat

Ancaq limitlə bağlı açıq qalan sual mövcuddur. Belə ki, bu rüsumun bir transfer dövrü üçün olduğuna, yoxsa bütöv mövsümə aid ediləcəyinə aydınlıq gətirilməyib. Belədə klubların bu boşluqdan yararlanmasına yol açılır. Bir qədər də aydın və detallı izah edək. Deyək ki, hansısa klub mövsümün ilk yarısı üçün 12 legioner gətirir və bunun üçün 85 min (yeddisinə 5 min manatdan, beşinə 10 mindən) rüsum ödəyir. Qış "transfer pəncərəsi" dövründə isə onlardan deyək ki, beşi göndərilir. Yenidən 4-5 oyunçu alınarsa, ümumi say 16-17-yə çatır. Belədə bir neçə futbolçunun hər birinə hər birinə görə 100 min ödəmək lazım gəlir. Nəticədə, xərc "kəllə-çarx"a qalxır. 
İcraiyyə Komitəsinin qərarının ilkin variantına əsaslandıqda isə, qışda 5 futbolçunu yola salıb 4-5-ni gətirməklə həmin klub mövsümün ikinci yarısına faktiki 11-12 legionerlə başlayır. Buna əsaslanıb yeniləri az məbləğdə rüsum ödəyərək qeydiyyata aldırır. 

Əslində, AFFA 100-200 minlik rüsum qaydasını tətbiq edəndə fikir bu idi ki, limitin ləğvi səviyyəsiz legionerlərin çempionata axınına səbəb olmasın. Aydın məsələdir ki, qeydiyyat üçün 5-10 min ödəmək klublar üçün "tum pulu" kimi bir şeydir. Sayı özünə və büdcəsinə problem etməyən və bunun üçün 200 min ödəməyi göz önünə alan klub rəhbərliyi isə səviyyəsiz legionerə o məbləği vermək istəməyəcək. Yəni o pula dəyən əcnəbi almağa çalışacaq. Bundan isə qazanan Azərbaycan futbolu olacaq. Odur ki, limit qaydalarının bir transfer dövrünü yox, bütöv mövsümü əhatə etməsi ən doğru variant olar.  

Ümid edək ki, Premyer Liqanın növbəti mövsümünün Əsasnaməsi hazırlanana qədər qeyd etdiyimiz bu boşluq aradan qaldırılacaq. Əks halda, bu boşluq "işbazlar"ın "dəyirmanına su tökəcək". 

Mirağa 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://fanat.az
archiveBu xəbər 27 May 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri