Icma.az
close
up
RU
Legioner limitinin ləğvindən sonra Qarabağ la rəqabət apara biləcək komandalar görəcəyik

Legioner limitinin ləğvindən sonra Qarabağ la rəqabət apara biləcək komandalar görəcəyik

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanlı futbol məşqçisi Ramin Quliyev Sportal.az saytına müsahibə verib. "Sabah"ın sabiq çalışdırıcısı 2025/2026 mövsümündən legioner limitinin ləğvi ilə bağlı verilən qərarı şərh edib.

- Yeni sezondan Azərbaycan Premyer Liqasında legioner limiti ləğv edilməsi qərara alınıb. Bu qərarla bağlı fikriniz, düşüncəniz necədir? Səncə, daha çox mənfi, yoxsa müsbət tərəfləri olacaq?

- Bəli, artıq qərar verilib. Mənfi və ya müsbət tərəflərini zaman göstərəcək. Yəqin ki, əsaslı fikirləşərək qərarı veriblər. Şəxsi fikrim belədir ki, bu qərar öncə klub sayını yetərincə artırdıqdan sonra verilə bilərdi. Yəni 2-3 ilə ən azı 16 klubdan ibarət çempionat təşkil edildikdən sonra verilmək olardı. Amma qərar verilib. Bəlkə də, bu fakt Azərbaycan futbolunun xeyrinə olacaq.

- Bu qərardan sonra azərbaycanlı futbolçuların xaricə yollanmasına yol açılacağı ilə bağlı fikirlər də səsləndirilir. Səncə, Avropada bizim futbolçuları istəyən klublar olacaq?

⁠Hələ ki, təcrübəli futbolçularımız oynayacaq. Qalan gənc və bu gün əsas heyətə düşməkdə çətinlik çəkən futbolçular ölkə xaricinə yollanacaq. Yəqin ki, Türkiyə aşağı liqasına gedənlər çoxluq təşkil edəcək.

- Səncə, Premyer Liqa üçün ən ideal limit hansı olardı?

- Bayaq dediyim kimi, indiki limiti 1-2 sezon saxlamaq olardı. Bu illərdə isə komanda sayını çoxaltdıqdan sonra limiti ləğv edərdim.

- Yeri gəlmişkən, qərarlardan biri Premyer Liqada komanda sayının 10-dan 12-ə artırılmasıdır. Yəqin ki, ən sevindirici məqam budur ? Birinci Liqada hansı komanda var ki, Premyer Liqada yaxşı performans sərgiləsin və həmin komandanı hazır hesab edirsiz yüksək liqada oynamağa?

- ⁠Ən sevindirici qərar da budur. Gələcəkdə 16-18 klubun olmasını arzulayıram. Elə həmin qərarlara sevinək. Qaldı ki, Birinci Liqadan gələn komandanın hazır olmasına, bunlar maliyyə ilə bağlıdır. Həm də limitin olmamasına görə, istənilən komanda legionerləri dəvət edib komanda yaradacaq. Artıq fikirləşməyəcək ki, yerli futbolcuların yaxşıları yoxdur, hamsının klubu var. Klubun pulu varsa, istədiyi komandanı tez bir zamanda quracaq.

- Legioner limitinin ləğvindən sonra "Qarabağ"la rəqabət apara biləcək komandalar görəcəyik?

Bəli, görəcəyik. Çünki büdcəsi yaxşı olan komanda istədiyi oyunçuları gətirəcək. Rəqabət istər0istəməz artacaq. Yerli futbolçuların aqibəti necə olacağını isə zaman göstərəcək.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://sportal.az
archiveBu xəbər 04 Fevral 2025 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see281

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see254

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see195

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see183

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see177

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see163

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see162

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see162

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see149

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see148

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see146

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri