“Legioner limitinin artırılması futbolumuza xəyanətdir”
futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Turan Tovuz” Azərbaycan Premyer Liqasında 18 turdan sonra 32 xalla 3-cü sırada qərarlaşıb.
Klubun İdarə Heyətinin üzvü Yaşar Sultanov “FutbolPress“ə açıqlamasında bölgə təmsilçisinin I dövrədəki çıxışını dəyərləndirdi:
“Turan”ın çıxışını qənaətbəxş hesab edirəm. Hədəf yüksək səviyyəli, rəqabətə davamlı komanda formalaşdırmaqdır. Güman edirəm ki, peşəkar mütəxəssislərin və idarəetmə heyətinin birgə və koordinasiyalı fəaliyyəti nəticəsində komanda istəyinə nail olacaq”.
Vaxtilə AFFA İcraiyyə Komitəsinin də üzvü olan Sultanov son günlərdə gündəmə gələn Premyer Liqada legioner limitinin ləğv edilməsi mövzusuna da toxundu:
“Legioner limitinə mütləq baxmaq lazımdır. Məncə, sayı 7-dən 4-ə endirilməlidir. Əks halda, milli komandamız həmişə fiasko ilə üzləşəcək. Legioner limitinin artırılması futbolumuza xəyanət və düşmənçilikdir”.
24 Dekabr 2024, 13:30
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 27 Dekabr 2024 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















