Icma.az
close
up
RU
Ləğv edilən tariflər yenidən qüvvəyə minir

Ləğv edilən tariflər yenidən qüvvəyə minir

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti  Donald Trampın administrasiyasının tapşırığı ilə məcburi əməkdən istifadə ilə istehsal olunduğu iddia edilən məhsullarla bağlı araşdırma aparılıb.

Bundan sonra əsas ticarət tərəfdaşlarından idxal olunan mallara minimum 10 faiz gömrük rüsumunun tətbiqi təklif edilib.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Ticarət Nümayəndəliyi İdarəsinin təklifinə əsasən, Kanada, Meksika, Avropa İttifaqı, Tayvan və Böyük Britaniyadan idxal edilən məhsullara 10 faiz, Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Braziliya və İsveçrədən gətirilən mallara isə 12,5 faiz gömrük rüsumu tətbiq olunacaq.

"Bloomberg: HT"-nin məlumatına görə, Tramp administrasiyası bu addımla daha əvvəl məhkəmə qərarı ilə ləğv edilmiş ölkə əsaslı gömrük tariflərini fərqli hüquqi mexanizm vasitəsilə yenidən qüvvəyə mindirməyə çalışır.

Təklif olunan tariflər 1974-cü il "Ticarət Qanunu"nun 301-ci maddəsi çərçivəsində aparılan araşdırmaların nəticəsi olaraq hazırlanıb.

Yeni gömrük rüsumlarının dərhal tətbiq edilməyəcəyi bildirilir. Qərar ictimai müzakirələr və ekspertiza prosesləri başa çatdıqdan sonra yekunlaşdırılacaq.

Yazılı rəylərin iyulun 6-dək təqdim edilməsi, ictimai dinləmələrin isə iyulun 7-də başlaması gözlənilir.

ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrir bildirib ki, məcburi əmək hesabına istehsal edilən məhsulların ticarəti amerikalı işçilər üçün ədalətsiz rəqabət yaradır və Vaşinqton artıq buna göz yummayacaq.

Plan çərçivəsində bəzi məhsullar yeni tariflərdən azad ediləcək. Mal əti, pomidor, banan, qəhvə və portağal şirəsi kimi ərzaq məhsulları, eləcə də hazırda başqa rüsumlara tabe olan metallar, müəyyən növ yanacaqlar və kimyəvi məhsullar yeni gömrük tariflərinin əhatə dairəsinə daxil edilməyəcək. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 İyun 2026 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri