“Lənət olsun, onun səsi...”
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibə sosial şəbəkələrdə gündəm olub.
“Qafqazinfo” “Life.ru”ya istinadən xəbər verir ki, amerikalı qadınlar Lavrova sözün əsl mənasında valeh olublar.
Onlar şərhlərdə rusiyalı nazirin səs və görünüşünü bəyəndiklərini qeyd ediblər.
Şərhlərin bəzilərini təqdim edirik:
“Lənət olsun, onun səsi... O, evlidir?”.
“Niyə bizim siyasətçilər belə görünmür?”.
“Rusiyada bütün kişilər belədirsə, mən ora bilet alacam”.
Baxış sayı:54
Mənbə:https://qafqazinfo.az