Icma.az
close
up
RU
Nifrətin fəlakəti və lənət qazanan aqibəti

Nifrətin fəlakəti və lənət qazanan aqibəti

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

İmran BƏDİRXANLI,
[email protected]

...Böyük və kiçik cinayətlərin, fərdi və bəşəri günahların yaranmasının, törədilməsinin səbəb-motiv anatomiyasının kökündə nifrətin dayandığını söyləyə bilərik. Düşüncədəkinin əmələ çevrilməsinin, niyyətdən konkret hərəkətə keçilməsinin yönəldici katalizatoru rolunda nifrətin çıxış etməsi mütləq şəkildə ağır fəsadlara, faciələrə gətirib çıxarır. Belə cinayətlərin cəzası da ağır olur.

Sülh və bəşəriyyət əleyhinə cinayətlər, terrorizm və çoxsaylı digər əməllərdə təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəmə prosesində deyilənlərə, göstərilənlərə baxanda, istər-istəməz, vaxtilə baş verənlərin nüvəsində məhz hayların türklərə olan nifrətinin gizləndiyi qənaətinə gəlirik. Bu, Ermənistan hakimiyyətinin son 30 ildə keçdiyi “nifrət yolunu müşayiət edən” əyani sübutlara söykənir. Məhkəmədə 1992-ci ildə Şuşanın işğalının əsl mahiyyətinə işıq salan videogörüntülər nümayiş etdirilib. Videomaterialdakı bir məqamı ayrıca qeyd etmək istərdik.

...Hayların danışıqlarından anlaşılır ki, Şuşanı ələ keçirməkdə məqsəd, sadəcə olaraq, onu nəzarətə götürmək yox, bu şəhəri “həşəratlardan” təmizləməkdir. Erməni yaraqlısı fikrini məhz belə ifadə edir. Bu dəhşətli sözlər təcavüzkarın nifrətə köklənən qeyri-insani təbiətini, niyyətini ortaya qoymaqla, kütləvi qətlin hüquqi baxımdan soyqırımı kimi qiymətləndirilməsini təsdiqləyir. Bu fakt bizə heç də təəccüblü gəlmədi. Ərazilərimizin işğalı Ermənistan dövləti tərəfindən həyata keçirilib və bu akt onun nifrəti qızışdırması, etnik təmizləmə siyasəti ilə müşayiət olunub. Yəni, nifrət təbliğatı nəinki rəsmi səviyyədə aparılıb, rəsmi İrəvan tərəfindən tanınıb. Ermənistanın rəsmi təbliğatı hayların gözündə azərbaycanlıların düşmən obrazını yaratdı ki, bununla “düşmənin” fiziki məhv edilməsi planlarına haqq qazandırıldı. Hay şovinizminin daşıyıcıları olan dövlət xadimləri, ideoloqlar “azərbaycanlılarla ermənilərin birgə yaşayışının mümkünsüzlüyünü” bəyan etməklə, bundan qorxduqlarını açıq şəkildə bildirdilər.

...1993-cü il iyulun 23-də Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Ağdam şəhərinin işğalı ilə bağlı “Yerkrapa” terror təşkilatının üzvləri qarşısında çıxışında azərbaycanlıların Ermənistandan qovulmasına sevindiyini bildirib. Bu etiraf, keçmiş Yuqoslaviyada müharibə canilərinin məhkəməsində olduğu kimi, beynəlxalq hüquqda vacib sübut kimi qəbul edilməlidir. Daha sonra ikinci prezident Robert Köçəryanın təqdim etdiyi “etnik uyğunsuzluq” tezisi azərbaycanlılara qarşı hay təfəkküründəki nifrətin dərinliyini göstərmiş oldu. Onun sözləri Ermənistanın dövlət səviyyəsində millətlərarası nifrəti qızışdırmasının açıq etirafı idi. Üçüncü prezident Serj Sarkisyanın britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində Xocalı soyqırımı ilə bağlı dedikləri, ermənilərin hədə-qorxu ilə dinc azərbaycanlılara qarşı kütləvi qırğın törətdiyini etiraf etməsi də bu mənada əhəmiyyətli deyil. Bu, müstəqil Ermənistanın ilk üç prezidentinin – Ter-Petrosyan, Köçəryan və Sarkisyanın nifrətə bələnmiş etnik düşmənçilik siyasətinin təbliği və təşkilində fəal iştirak etdiklərini bir daha sübuta yetirir.

...Əgər nifrət İrəvanın siyasətinin əsas hərəkətverici qüvvəsinə çevrilməsəydi, Ermənistan ordusu Azərbaycanın şəhər və kəndlərini işğal edərkən qeyri-insani rəftara, vandallığa yol verməzdi. XX əsr soyqırımlarının tarixi – Ruandada, Srebrenitsada – kütləvi qətllərin katalizatoru kimi dövlətin nifrət təbliğatını göstərir. Torpaqlarımızın işğalı və azərbaycanlılara qarşı törədilən soyqırımı aktları eyni zəncirin halqalarıdır. Bu gün Bakı Hərbi Məhkəməsində nümayiş etdirilənlər Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərin motivini və həqiqətləri gün işığına çıxarır. Bu əyani sübutlar cinayət işinin cildlərində qalmamalı, Ermənistanın Azərbaycana qarşı təcavüzü, etnik təmizləmə və soyqırımı aktlarına layiqli qiymət verməyə borclu olan beynəlxalq hüquq və ictimaiyyət tərəfindən baxılmalı, eşidilməlidir. Onda dünya baş verənlərin həqiqi üzünü görəcək, mahiyyətini anlayacaq.

...Təəssüflər olsun ki, erməni gəncliyinin beyni ailədən, bağcadan türkə nifrət “tiryəki” ilə dumanlandırılır. Bu infeksion duman yayılaraq “milli epidemiyaya” səbəb olanda isə hayların həyatlarının bütün sahələrində, o cümlədən diplomatiyada da özünü əcaib formalarda göstərməyə başlayır. İllər uzunu deyil, əsrlərlə aparılan bu zərərli ideoloji təbliğat, “nifrət himni”nin sədaları erməni cəmiyyətinin sümüyünə, iliyinə işləyib. İliyə daxil olan virusdan xilas olmaq isə çox çətin, özünün dördüncü mərhələsinə çatmış xərçəng xəstəliyi kimi, mümkünsüz olur. Əslində, belə görünür ki, ermənilərin bu mərəzdən sağalmaq şansı və niyyəti yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 May 2025 02:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see154

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see137

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri