Icma.az
close
up
RU
Lənkəran Dövlət Universiteti “QS Stars” audit qiymətləndirilməsində 3 ulduza layiq görülüb

Lənkəran Dövlət Universiteti “QS Stars” audit qiymətləndirilməsində 3 ulduza layiq görülüb

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Lənkəran Dövlət Universiteti (LDU) 33 illik fəaliyyətinin ən möhtəşəm dövrünü yaşayır. LDU dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan “QS Quacquarelli Symonds” tərəfindən aparılan “QS Stars” auditində 3 ulduz ilə qiymətləndirilib. Qeyd edək ki, LDU QS Stars"-ın qiymətləndirdiyi ilk region universitetidir.

Həmçinin, LDU 3 kateqoriya üzrə: "Tədris (Teaching)", "Məşğulluq (Employability)" və "Yaxşı idarəetmə (Good Governance)" sahələri üzrə ən yüksək qiymətləndirmə olan 5 ulduza layiq görülüb. “İnfrastruktur (Facilities)” və “Ətraf mühitə təsir (Environmental Impact)” üzrə 4 ulduz, “Elmi tədqiqat (Research)” və “Qlobal əməkdaşlıq (Global Engagement)” üzrə 3 ulduz, “İncəsənət sahəsində fəaliyyət (Art)” və “Müxtəliflik, bərabərlik və inklüzivlik (Diversity, equity and inclusion)” üzrə 1 ulduzla qiymətləndirilib. Qeyd edək ki,  bu sahələr universitetin əsas prioritetlərini əks etdirir və onun beynəlxalq standartlara cavab verdiyini bir daha təsdiqləyir.

Xatırladaq ki, “QS Stars” ali təhsil müəssisələrinin müxtəlif fəaliyyət sahələrini (tədris, tədqiqat, məşğulluq, beynəlmiləlləşmə və s.) qiymətləndirən beynəlxalq reytinq sistemidir. Bu sistem vasitəsilə universitetlər özünün güclü və zəif tərəflərini müəyyənləşdirmək imkanı əldə edir, həmçinin onların qlobal səviyyədə tanınması, təcrübələrinin paylaşılmasına şərait yaranır.

Qeyd edək ki,  Lənkəran Dövlət Universiteti  həmçinin  dünyanın ali təhsil müəssisələrinin ən nüfuzlu reytinq sistemlərindən biri olan “Times Higher Education” dünya reytinq siyahısında  da yer alıb və  LDU dünya reytinqində TOP 1001-1500-likdə qərarlaşıb.

Lənkəran Dövlət Universiteti qazanılan uğurlarla kifayətlənməyərək  beynəlxalq reytinq sistemlərində daha böyük nailiyyətlərə imza atmağı hədəfləyir, növbəti illərdə yüksək nəticələr əldə etməyi qarşısına vacib bir məqsəd kimi qoyur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://adalet.az
archiveBu xəbər 17 İyul 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri