Lənkəranda 150 minlik dələduzluq edən tutuldu: verdiyi vədlər...
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Lənkəranda müxtəlif vədlərlə vətəndaşları aldadaraq onların pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən H.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən xəbərə görə, araşdırmalarla müəyyən edilib ki, H.Məmmədov zərərçəkmişlərə özünü müxtəlif qurumlarlarda tanışları olan şəxs kimi təqdim edərək təqaüd düzəltmək, yüksək maaşlı işlə təmin olunma və digər yalan vədlər verib. Bu yolla o, vətəndaşların ümumilikdə 150 min manatdan artıq pul vəsaitini ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, H.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:Lənkəranda 42 minlik DƏLƏDUZLUQ: Saxlanılan var FOTO
04 Noyabr 2024 17:51
Lənkəranda silsilə oğurluqlar edən şəxs tutuldu
15 May 2025 11:21
37 minlik dələduzluq edən TUTULDU
10 Noyabr 2025 12:44
Lənkəranda iranlının kuryerləri tutuldu VİDEO
21 Yanvar 2026 10:04
Lənkəranda 32 min manatlıq dələduzluq edən şəxs SAXLANILDI
29 Avqust 2025 17:09
Baxış sayı:140
Bu xəbər 29 Sentyabr 2026 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















