Lənkəranda 68 yaşlı kişi qətlə yetirilib
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Lənkəranda qətl hadisəsi qeydə alınıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Vilvan kəndində baş verib.
Belə ki, kənd sakini 1957-ci il təvəllüdlü Vəliağa Mirzağa oğlu Səbziyev axşam saatlarında mal-qarasını gətirmək üçün örüş sahəsinə gedib.
Onun sahədən qayıtmadığını görən yaxınları axtarış aparıblar. Axtarış zamanı V.Səbziyevin meyiti sahədə yol üstündə aşkarlanıb.
İlkin olaraq onun kəsici-deşici alətlə qətlə yetirildiyi məlum olub. Qətli kim və ya kimlər tərəfindən törədilməsi məlum deyil.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Lənkəranda qadın qətlə yetirilib
18 Mart 2025 23:06
Lənkəranda 41 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı saxlanılıb
18 Mart 2025 23:03
Lənkəranda 68 yaşlı kişini qardaşı oğlu öldürübmüş...
30 May 2025 13:53
Lənkəranda qadın qətlə yetirilib, əri şübhəli sayılır YENİLƏNİB
24 Avqust 2025 14:08
Lənkəranda 68 yaşlı kişini öldürən gənc aeroportda TUTULDU YENİLƏNİB
30 May 2025 10:18
Baxış sayı:85
Bu xəbər 30 May 2025 08:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















