Lənkəranda qadın qətlə yetirilib
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Lənkəranda 41 yaşlı qadın qətlə yetirilib.
"Ölkə.az" “Report”a istinadla xəbər verir ki, hadisə gecə saatlarında Lənkəran şəhəri ərazisində baş verib.
Lənkəran şəhər sakini 1984-cü il təvəllüdlü Günel Allahverdi qızı Tahirova döş qəfəsinin divarının çoxsaylı yaraları diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılsa da, çoxlu qan itirdiyindən əməliyyata alınıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, ailə münaqişəli kimi polis şöbəsində qeydiyyatda olub. Son baş vermiş hadisənin də ailə münaqişəsi zəminində baş verdiyi güman edilir. Hadisəni törətməkdə şübhəli bilinən həyat yoldaşı 1979-cu il təvəllüdlü İman Rövşən oğlu Tahirov könüllü şəkildə polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 18 Mart 2025 23:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















