Icma.az
close
up
RU
Lənkəranda Anım Gününün beşinci ildönümü qeyd edilib FOTOLAR

Lənkəranda Anım Gününün beşinci ildönümü qeyd edilib FOTOLAR

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.

"Unikal" xəbər verir ki, sentyabrın 27-də Anım Günü ilə bağlı Lənkəran rayonunda da silsilə tədbirlər keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, şəhər İcra hakimiyyəti başçısı aparatının kollektivi, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və rayon ictimaiyyəti öncə Lənkərandan olan Milli Qəhrəmanların abidəsini, daha sonra Şəhidlər Abidə Kompleksini ziyarət ediblər. Abidə önünə tər güllər düzülüb, şəhidlərimiz hörmət və ehtiramla anılıblar.

Lənkəran ŞİH başçısı Taleh Qaraşov şəhid ailələrinin üzvləri ilə söhbət edib, onların qayğı və problemləri ilə yaxından maraqlanıb. 
İcra başçısı bildirib ki, Anım Günü ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, şəhidlərimizin qanı bahasına biz bu gün azad torpaqlarda, böyük qürurla başımızı uca tutaraq danışırıq. Onların göstərdiyi fədakarlıq sayəsində xalqımız bir yumruq oldu, haqq savaşı apardı və tarixi Zəfər qazandı. Taleh Qaraşov şəhidlərimizin göstərdiyi qəhrəmanlığın, vətənpərvərliyin və fədakarlığın daim bizim üçün örnək olacağını vurğulayıb.

İcra başçısı qeyd edib ki, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını ali diqqətdə saxlayırlar.

Şəhid ailələrinin üzvləri də dövlətin onlara göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə ediblər, dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Anım Günü ilə bağlı saat 12:00-da bütün ölkə ərazisində olduğu kimi Lənkəran rayonunda da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, ŞİH-nin təşkilatçılığı ilə yerli icra hakimiyyəti orqanının əməkdaşları, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin nümayəndələri tərəfindən Vətən müharibəsi zamanı şəhid olan qəhrəman Vətən övladlarının məzarları ziyarət edilib, ailələrinə baş çəkilib, qayğı və problemləri ilə yaxından maraqlanılıb.

Allah rəhmət eləsin!


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://unikal.az
archiveBu xəbər 27 Sentyabr 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri