Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Şağlaküçə kəndi ərazisində baş verib.
Nicat Soltanzadənin idarə etdiyi "KİA Sorento" markalı nəqliyyat vasitəsi, Şağlaküçə kənd sakini 1965-ci il təvəllüdlü Xəzər Şükürovu vurub. Bundan sonra maşın yol kənarında hərəkətsiz dayanan "VAZ-2107" markalı minik avtomobilinə çırpılıb, “VAZ” yoldan çıxaraq dirəyə dəyib.
Qəza nəticəsində piyada və sürücü müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran xəstəxanasına hospitalizasiya olunublar.
Xəsarət alan piyadanı xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb
20 Noyabr 2024 21:16
Baxış sayı:159
Bu xəbər 23 May 2026 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















