Lənkəranda baytar nəzarətindən keçməyən ətlərin satışının qarşısı alınıb FOTO
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin Rayon Polis Şöbəsinin əməkdaşları Lənkəranda "Böyük Bazar" ərazisində ət satışı məntəqələrində monitorinq keçirib, baytar nəzarətindən keçməyən ətlərin satışının qarşısı alınıb.
Bu barədə Bakıvaxtı.az-a agentlikdən məlumat verilib.
Bildirilib ki, baxış zamanı Ağayev Anar İbrahim oğluna və Axundov İlqar Əlişirvan oğluna məxsus məntəqələrdə ətlərin baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı aşkarlanıb.
Faktla bağlı fiziki şəxslər barəsində inzibati protokol tərtib edilib. Ətlərin istehlaka yararlılığının araşdırılması məqsədilə satışdan çıxarılaraq möhürlənib və nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 21 Noyabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















