Icma.az
close
up
RU
Lənkəranda çəltik əkini müasir texnikalarla aparılır FOTO

Lənkəranda çəltik əkini müasir texnikalarla aparılır FOTO

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Lənkəran, 19 may, İlkin Adıyev, AZƏRTAC

Cənub bölgəsində çəltik əkininə başlanılıb. Lənkəranda aprel ayının əvvəllərindən əkinə hazırlıq işlərinə start verilib və şitillər xüsusi şəraitdə yetişdirilib. Artıq bir neçə gündür ki, şitillərin sahələrə köçürülməsinə başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəranda çəltik əkini Cənubi Koreyadan gətirilmiş müasir texnikalar vasitəsilə həyata keçirilir. Texnikalardan istifadə ənənəvi əl əməyinə nisbətən daha səmərəli olmaqla yanaşı, həm də xərcləri əhəmiyyətli dərəcədə azaldır.

Bu texnikaların üstünlüyü yalnız əkinin keyfiyyətində deyil, eyni zamanda, yüksək iş sürətində də özünü göstərir. Belə ki, bu texnikalar vasitəsilə bir gün ərzində təxminən dörd hektar sahədə əkin aparmaq mümkündür. Şitilləri 25 santimetr dərinliyə qədər torpağa dəqiqliklə basdıran bu maşınlar əkinə başlamazdan əvvəl sahənin tam şəkildə təmizlənməsini tələb edir. Əgər ərazidə daş və ya digər maneələr olarsa, texnikanın sıradan çıxması riski yaranır.

Çəltikçilik sahəsində məhsuldarlığın artırılması məqsədilə bu il əvvəlki illərlə müqayisədə daha geniş əkin sahələri ayrılıb. Əsas hədəf isə dəyişməz qalır: bol məhsul və daha səmərəli əkin prosesi.

Aqronom Möhtəmən Fərziyev builki əkin mövsümünün nəticələrini qiymətləndirərək bildirib ki, keçən il hər hektardan orta hesabla 7,3 ton çəltik əldə olunmuşdu. Bu da olduqca yüksək göstərici sayılırdı. “Daha yüksək nəticələr əldə etməyə çalışırıq. Arzumuz budur ki, məhsuldarlıq hər hektara 7–8 ton səviyyəsində olsun” , – deyə Möhtəmən Fərziyev deyir.

Bu məqsədə çatmaq üçün yeni toxum sortlarının sınaqdan keçirilməsinə başlanılıb. Xüsusilə də Hindistandan gətirilmiş yüksək məhsuldar çəltik sortlarına böyük ümid bəslənilir.

“Əldə etdiyimiz ilkin nəticələr ümidvericidir. Bəzi sahələrdə artıq 5–6 ton məhsul götürmüşük. Bu da onu göstərir ki, düzgün aqrotexniki qulluq və effektiv toxum seçimi ilə məhsuldarlığı artırmaq mümkündür,” – deyə o əlavə edib.

Lənkəran Rayon Statistika İdarəsindən bildirilib ki, ötən il rayonda ümumilikdə 628,1 hektar ərazidə çəltik əkini aparılıb. Bu sahələrdən 2763,4 ton məhsul yığılıb. Orta məhsuldarlıq isə hər hektara sahəyə 44 sentner təşkil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 May 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri