Lənkəranda dinin siyasiləşdirilməsinə qarşı maarifləndirici tədbir təşkil edilib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 21 aprel, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə “Dinin siyasiləşdirilməsinin milli maraqlarımıza və mənəvi dəyərlərimizə təhlükələri” mövzusunda maarifləndirici tədbir keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin məqsədi dini radikalizmin və ekstremizmin qarşısının alınması, dinin siyasiləşdirilməsinin milli təhlükəsizlik və ictimai sabitlik üçün doğura biləcəyi risklər barədə şəxsi heyətin məlumatlandırılması, dini maarifləndirmə səviyyəsinin artırılması olub.
Çıxış edənlər dini dəyərlərin dövlətçilik prinsipləri ilə uzlaşmasının əhəmiyyətindən, radikal dini ideologiyaların gənclər arasında yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən, eləcə də milli-mənəvi dəyərlərin qorunmasının vacibliyindən danışıblar.
Tədbirdə dinin cəmiyyətdəki rolu, dövlət-din münasibətləri, dini tolerantlıq ənənələri, eləcə də dini biliklərin düzgün mənbələrdən əldə olunmasının əhəmiyyəti vurğulanıb, iştirakçıların sualları cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 21 Aprel 2025 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















