Icma.az
close
up
RU
Lənkəranda idman paradı təşkil edilib

Lənkəranda idman paradı təşkil edilib

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ölkənin müxtəlif bölgələrində olduğu kimi, Lənkəranda da təntənəli şəkildə qeyd edilib. Bu əlamətdar gün münasibətilə idman paradı təşkil olunub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirə regionun idman ictimaiyyətinin nümayəndələri, veteran idmançılar, ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri və idmançı şagirdləri ilə yanaşı, şəhid ailələrinin üzvləri də qatılıblar.

Paradın əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və regionda idmanın inkişafına töhfə verməkdir. Tədbir çərçivəsində müxtəlif idman növləri üzrə peşəkar idmançıların nümunəvi çıxışları təşkil edilib. İştirakçılar boks, ağırlıqqaldırma, taekvondo, sərbəst və yunan-Roma güləşi, karate, şahmat, dama, cüdo, futbol, həndbol, atletika kimi idman növlərində öz bacarıqlarını nümayiş etdiriblər. Bununla yanaşı, kəndirlə mübarizə və müxtəlif mütəhərrik oyunlar təşkil olunub ki, bu da tədbirə daha da rəngarənglik qatıb.

Tədbirdə çıxış edən idman mütəxəssisləri və veteran idmançılar ölkəmizdə idmana göstərilən dövlət qayğısından, bu sahənin inkişafı üçün yaradılan şəraitdən bəhs ediblər. Onlar vurğulayıblar ki, Azərbaycanın idman sahəsində qazandığı uğurlar məhz ölkə rəhbərliyinin bu sahəyə verdiyi böyük dəstəyin nəticəsidir.

Kütləvi açıq idman tədbirində beynəlxalq və ölkə miqyaslı idman yarışlarında qalib olmuş idmançılar da iştirak ediblər. Onların iştirakı gənc idmançılar üçün böyük motivasiya olub. Qaliblər tədbir zamanı öz təcrübələrini bölüşərək, idmanda uğur qazanmağın əsas prinsipləri haqqında danışıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Mart 2025 22:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri