Icma.az
close
up
RU
Lənkəranda ətraf mühitin mühafizəsinə həsr olunmuş elmi praktiki konfrans keçirilib

Lənkəranda ətraf mühitin mühafizəsinə həsr olunmuş elmi praktiki konfrans keçirilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Lənkəran, 21 noyabr, İlkin Adıyev, AZƏRTAC

“Konstitusiya və Suverenlik İli” çərçivəsində ölkəmizdə ekoloji təhlükəsizlik, təbii sərvətlərin qorunması və ətraf mühitə qarşı hüquq pozuntularının qarşısının alınması mövzusunda maarifləndirmə və hüquqi təbliğat tədbirlərinin genişləndirilməsi məqsədilə Lənkəran şəhərində “Müasir ekoloji çağırışlar və ətraf mühitin mühafizəsi sahəsində hüquqi tənzimləmənin aktual problemləri” mövzusunda elmi-praktiki konfrans təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran Dövlət Universitetində keçirilən konfrans Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Daha sonra Lənkəran Dövlət Universitetinin prorektoru Ramiz Şəmmədov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, ekoloji təhlükəsizlik sahəsində dövlət siyasəti dayanıqlı inkişaf strategiyasının əsas tərkib hissəsidir. O vurğulayıb ki, “Konstitusiya və Suverenlik İli”nin hədəfləri çərçivəsində ətraf mühitin mühafizəsi üzrə hüquqi mexanizmlərin möhkəmləndirilməsi və ekoloji mədəniyyətin artırılması xüsusi prioritet təşkil edir.

Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəis müavini İsmayıl Qayıbov çıxışında qlobal və regional ekoloji çağırışlar, iqlim dəyişmələrinin yaratdığı risklər və ekoloji təhlükəsizlik sahəsində dövlətin institusional yanaşması barədə məlumat verib. O qeyd edib ki, ətraf mühitin qorunması sahəsində hüquqpozmalara qarşı kompleks prokuror nəzarəti mexanizmlərinin gücləndirilməsi hazırkı mərhələdə strateji əhəmiyyət daşıyır.

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Elmi-tədqiqat işinin təşkili şöbəsinin prokuroru Sarıtel Əliyeva “Konstitusiya və Suverenlik İli” çərçivəsində ekoloji münasibətlərin konstitusion-hüquqi əsaslarından danışıb. O, ətraf mühitin mühafizəsi hüququnun insan hüquqlarının tərkib hissəsi kimi xüsusi yer tutduğunu və bu sahədə normativ-hüquqi islahatların davam etdirildiyini bildirib.

Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Namiq Əliyev ekoloji hüquq pozuntularının aşkarlanması, təqsirli şəxslərin məsuliyyətə cəlb olunması və bu prosesdə operativ məlumat mübadiləsinin əhəmiyyəti barədə çıxış edib. O qeyd edib ki, müasir texnoloji vasitələrdən istifadə cinayət tərkibli ekoloji pozuntuların aşkar olunmasında mühüm rol oynayır.

Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru Əbdülsəməd Əzizli isə Azərbaycanın COP29 və COP30 proseslərində aktiv iştirakının ölkənin ekoloji diplomatiyasının güclənməsinə töhfə verdiyini bildirib. O vurğulayıb ki, ekoloji hüquq pozuntularına qarşı mübarizənin effektivliyi cəmiyyətlə səmərəli kommunikasiya, media, vətəndaş cəmiyyəti və ali təhsil müəssisələri ilə əməkdaşlığın gücləndirilməsindən keçir.

Konfrans zamanı geniş müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see229

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see171

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see168

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see143

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see141

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see132

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see131

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see130

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri