Lənkəranda evin damında yenot PEYDA OLDU: sakinlər didərgin düşdü
Lent az saytına istinadən Icma.az xəbər verir.
Lənkəranda evlərin birinə sığınan və damı yararsız hala salan yenot ailəni qorxu içində saxlayır. Heyvanın hücum etmək qorxusundan ev sakinləri qohumlarının evinə köçmək məcburiyyətində qalıblar.
Lent.az-ın xəbərinə görə, bir aya yaxındır ki, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində Qismət Ağazadəyə məxsus fərdi yaşayış evində yenot peyda olub. Heyvan ailənin rahatlığını tamamilə pozaraq onları təşvişə salıb. Ev sahiblərinin sözlərinə görə, ilk vaxtlar damdan kənar səslər gəlsə də, evdə quraşdırılan təhlükəsizlik kameralarına baxdıqdan sonra həmin canlının yenot olduğu məlum olub.
Gündüzlər gizlənən və tapılması qeyri-mümkün olan bu çağrılmamış qonaqlar gecə saatlarında aktivləşirlər. Həyətdə sərbəst şəkildə gəzən yenotlar evin dam örtüyünü və taxta konstruksiyalarını dağıdaraq ciddi maddi ziyan vurublar. Ev sahibinin qohumu Samid Qədimov bildirib ki, damda tək bir heyvan yox, ailəli şəkildə — dişi, erkək və balaları ilə birlikdə məskən salıblar. Yenotların insanlara hücum etmək ehtimalı olduğundan uşaqlar həyətə düşə bilmir və ailə artıq qohumlarının evinə sığınmalı olub. Sakinlər rəsmi qurumlara müraciət etsələr də, hələlik problemin həll olunmadığını, heyvanı tutmaq üçün gələn olmadığını qeyd edirlər.
Vəziyyəti daha da təhlükəli edən amil isə sözügedən evin arxasında uşaq bağçasının yerləşməsidir. Sakinlər heyvanların bağça ərazisinə keçərək oradakı azyaşlılara da zərər yetirə biləcəyindən narahatdırlar. İndi ailənin istəyi aidiyyəti qurumların operativ şəkildə məsələyə müdaxilə etməsi, heyvanların təhlükəsiz şəkildə ərazidən götürülməsi və öz evlərinə geri dönə bilmələridir.
İlkin Rzayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 17 Sentyabr 2026 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















