Icma.az
close
up
RU
Xəstəxananın damında “Əzrail” peyda oldu Foto

Xəstəxananın damında “Əzrail” peyda oldu Foto

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Böyük Britaniyada xəstəxananın damına qara geyimdə çıxaraq işçiləri və ziyarətçiləri qorxudan 26 yaşlı kişi məhkəmə tərəfindən cərimələnib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Uelsin Denbiqşir bölgəsinin Sent Asaf şəhərində yerləşən Ysbihti Qlan Kluid xəstəxanasında qeydə alınıb.

Leon Gillepsi iyunun 6-da xəstəxananın damına çıxaraq girişin üzərində dayanıb. O, “Qara ölüm mələyi” (Əzrail) obrazını xatırladan qara geyim geyinib, aşağıdakı xəstələrə, işçilərə və ziyarətçilərə baxıb, qəribə səslər çıxarıb.

Məlumata görə, Gillepsinin üzərində uzun bıçaq olub və onun davranışı xəstəxanadakı insanlarda təşviş yaradıb. Hadisə ilə bağlı xəstəxanaya polis əməkdaşları və yanğınsöndürənlər cəlb olunub. Xüsusi qrupların müdaxiləsindən sonra o, damdan endirilib.

Leon Gillepsi Şimali Uelsdəki Llandudno Magistrat Məhkəməsində Milli Səhiyyə Xidmətinin (NHS) ərazisində əsaslı səbəb olmadan narahatlıq yaratmaqda təqsirli bilinib və 200 funt-sterlinq cərimələnib.

Məhkəmədə onun digər cinayətlərə görə də məsuliyyətə cəlb edildiyi bildirilib. Onun martın 26-da yerli “Pets at Home” mağazasından pişik yemi və pişik qumu, mayın 28-də isə Llandudnodakı “Sainsbury's” mağazasından ərzaq və içki oğurladığı qeyd olunub.

Bu əməllərə görə Gillepsi əlavə olaraq 100 funt-sterlinq cərimə, 100 funt-sterlinq məhkəmə xərci və 50 funt-sterlinq təzminat ödəməyə məhkum edilib.

Betsi Kadvaladr Universiteti Səhiyyə Şurasının nümayəndəsi bildirib ki, xəstəxana ərazisində zorakılıq, təcavüz və narahatlıq yaradan hərəkətlərə qarşı “sıfır tolerantlıq” siyasəti tətbiq olunur.

Şimali Uels Polisi isə hadisə zamanı Gillepsinin tibbi yardım almaq məqsədindən kənar şəkildə xəstəxana əməkdaşlarına narahatlıq yaratmaqda və ərazini tərk etmək tələbinə əsaslı səbəb olmadan əməl etməməkdə ittiham edildiyini açıqlayıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 Avqust 2026 03:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri