Lənkəranda fövqəladə hallarda davranış qaydaları ilə bağlı təlim keçirilib
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Lənkəranda “Yanğınsöndürmə balonlarından istifadə qaydası və yanğın zamanı işçilərin davranış qaydaları” mövzusunda təlim keçirilib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, təlimdə tibbi personala yanğınsöndürmə balonlarından istifadə, yanğınlar və onlara qarşı mübarizə, ümumiyyətlə, fövqəladə hadisələr zamanı işçilərin davranış qaydaları barədə məlumat verilib.
Fövqəlada Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları və Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Əməyin mühafizəsi bölməsinin mütəxəssisi Malik Sovqatov xəstəxananın Terapiya və yoluxucu xəstəliklər şöbəsində çalışan personala yanğınsöndürmə balonlarından istifadə qaydaları, yanğınlar və onlara qarşı mübarizə, ümumiyyətlə fövqəladə hadisələrin baş verməsi təhlükəsi zamanı işçilərin davranış qaydalarına dair vərdişlərin möhkəmləndirilməsi istiqamətində danışıblar.
Keçirilən təlimdə tibbi personala odsöndürən balonlardan necə istifadə olunması, yanğınlar zamanı onlara qarşı mübarizə, əyani olaraq yanğının söndürülməsi nümayiş etdirilib.
Bu tip təlimlərin mütəmadi keçirilməsi planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 20 Noyabr 2024 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















