Icma.az
close
up
RU
Lənkəranda Liman şəhərinin Baş planı hazırdır

Lənkəranda Liman şəhərinin Baş planı hazırdır

Icma.az, Azpost saytına istinadən bildirir.

Mayın 5-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) inzibati binasında Liman şəhərinin Baş planının yekun layihəsinin ictimai müzakirəsi keçirilib. Lənkəran ŞİH başçısı Taleh Qaraşov bildirib ki, yeni Baş plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanıb, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırılıb və planın işlənməsi zamanı müasir şəhərsalma ənənələri tam şəkildə öz əksini tapıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdirinin müavini Şahnaz Bədəlova bildirib ki, müasir dövrün tələbləri nəzərə alınmaqla Limanın Baş planı hazırlanıb. Onun sözlərinə görə, 22 dövlət qurumu ilə layihə razılaşdırılıb və hazırda Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilmə mərhələsindədir.

Komitə yetkilisi bildirib ki, Baş plan dövlət büdcəsi hesabına içraçı təşkilat “Arxin-M LTD” MMC tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun hazırlanıb.

İçraçı təşkilat “Arxin-M LTD” MMC-nin nümayəndəsi Rafiq Mirzəyev Baş planın hazırlanarkən ərazidə ilkin məlumatların toplanıb təhlil edildiyini, rayon və şəhər ictimayəti ilə görüşlər və müzakirələr keçirildiyini, şəhərin sosial-iqtisadi inkişafının əsas istiqamətlərini və prioritetlərini müəyyən edən proqnozlaşdırılma sənədlərindən istifadə olunduğunu vurğulayıb.

Rafiq Mirzəyev Baş plana əsasən şəhərsalmanın inkişafının layihənin başlanğıc (istinad) ili- 01.01.2022-ci il, birinci növbə – 2029-ci il və hesabat dövrü – 2042-cı il olaraq 3 mərhələyə ayrııldığını qeyd edib. Onun sözlərinə görə, hesabat müddətinin sonuna qədər Liman şəhərinin əhalisinin artaraq 14000 nəfərə çatması gözlənilir.

Əhalinin artım səviyyəsinə əsasən rahat həyat şəraitinin təmin edilməsi üçün müasir yaşayış komplekslərinin inşası, mövcud şəhər infrastrukturunun təkmilləşdirilməsi nəzərdə tutulur. Həmçinin iqtisadi imkanların genişləndirilməsi və sakinlərin məşğulluğunun təmin edilməsi üçün sənaye ərazilərinin yenidənqurulması, ictimai-işgüzar zonaların yaradılması planlaşdırılır.

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://azpost.info
archiveBu xəbər 05 May 2025 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri