Icma.az
close
up
RU
Lənkəranda qardaşı tərəfindən bıçaqlanan 22 yaşlı kişi xəstəxanada ölüb YENİLƏNİB3

Lənkəranda qardaşı tərəfindən bıçaqlanan 22 yaşlı kişi xəstəxanada ölüb YENİLƏNİB3

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Ötən gecə Lənkəranda böyük qardaşı tərəfindən bıçaqlanan kiçik qardaş xəstəxanada ölüb

APA-nın cənub bürosunun verdiyi xəbərə görə ötən gecə böyük qardaş 36 yaşlı Calal Abdullayev tərəfindən bıçaqlanan kiçik qardaş 22 yaşlı Camal Abdullayev bu gün axşam saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, bıçaqlanma hadisəsi ötən gecə Lənkəran rayonunun Liman şəhəri ərazisində baş vermişdi. Qardaşlar arasında yaranan mübahisə zamanı böyük qardaş kiçik qardaşa kəsici-deşici alətlə xəsarət yetirmişdi. Dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan yaralı əməliyyat blokuna alınmışdı.

Hadisədən sonra cinayət əməlini törətməkdə şübhəli bilinən 36 yaşlı C. Abdullayev polisə gələrək könüllü təslim olub.

***

07:39

Lənkəranda kiçik qardaşı bıçaqlayan Calal Abdullayev könüllü şəkildə polisə təslim olub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə hadisədən sonra cinayət əməlini törətməkdə şübhəli bilinən qardaşı 36 yaşlı Calal Abdullayev polisə gələrək könüllü təslim olub.

Faktla bağlı araşdırma aparılır.

***

23:39

Lənkəranda qardaşı tərəfindən bıçaqlanan şəxsin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Bu barədə TƏBİB-in Lənkəranda ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev APA-nın cənub bürosuna verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə 08.10.2025-ci il tarixində saat 21:00 radələrində Lənkəran rayonun Liman şəhərində baş verən hadisə nəticəsində xəsarət alan 2003-cü il təvəllüdlü (kişi) şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Ona sol döş qəfəsinin və qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilib.

Pasiyentə zəruri ilkin tibbi xidmətlər göstərilib və dərhal əməliyyat blokuna alınıb.

Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.

***

22:00

Lənkəranda bıçaqlanma hadisəsi olub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə Lənkəran rayonunun Liman şəhər sakini 2003-cü il təvəllüdlü Camal Fərhad oğlu Abdullayev sol döş qəfəsinin və qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. O, dərhal əməliyyat blokuna alınıb.

İlkin məlumata görə Camal Abdullayev qardaşı tərəfindən bıçaqlanıb.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://apa.az
archiveBu xəbər 09 Oktyabr 2025 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri