Lənkəranda torpaq sürüşməsi: 6 kəndlə gediş gəlişi çətinləşdi
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Lənkəran rayonunda torpaq sürüşməsi baş verib.
Modern.az xəbər verir ki, sürüşmə 6 yaşayış məntəqəsini birləşdirən Hirkan–Daşdatük–Biləsər avtomobil yolunda hərəkəti çətinləşdirib.
Yol örtüyündə dərin yarıqlar və çökmələr əmələ gəlib. Ərazidə yerləşən iri ağaclardan biri də kökündən çıxaraq aşıb.
Yerli sakinlərin sözlərinə görə, bu yol bir neçə kənd üçün əsas nəqliyyat xəttidir və alternativ yol mövcud deyil. Hazırda yolun hər iki istiqaməti demək olar ki, istifadəyə yararsız hala düşdüyündən sürücülər həmin hissədən böyük çətinliklə keçirlər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, ərazi nəzarət altındadır. Yaxın günlərdə geoloji araşdırmalar aparıldıqdan sonra bərpa işləri ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 23 Aprel 2026 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















