Lənkəranın baş məşqçisi: Komandamızın əldə etdiyi nəticələr gözlənilən kimi olmadı
Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Komandamızın əldə etdiyi nəticələr gözlənilən kimi olmadı.
"Report"un məlumatına görə, bunu "Lənkəran"ın baş məşqçisi Georgi Kondruseviç "Ordu"ya qarşı Azərbaycan Basketbol Liqasının IX turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Gürcüstanlı mütəxəssis məğlubiyyətə görə məyus olduqlarını bildirib:
"Komanda ilk periodda tapşırıqları düzgün yerinə yetirdi. Amma son dəqiqələrə qədər bu tempdə oynaya bilməyəcəyimizi hiss edirdim. Heyətdə itkilər var. 7-8 gün ərzində əlimizdə olan kiçik heyətlə ardıcıl görüşlər keçirdik. Fiziki olaraq çatdıra bilmirdik. Bu gün rəqibin heyətində 12 basketbolçu var idi. Kapitanımız Rəşid Abbasov da mental olaraq oyuna köklənə bilmədi. Belə gedişlə heçnə əldə edə bilməyəcəyik. Ümid edirəm ki, yanvarda heyətə yeni oyunçular cəlb olunacaq. 2 legioner basketbolçu transfer etmək istəyirik. Ümid edirəm ki, bütün zədəli oyunçularımız sıralara qayıdacaqlar. Komandamızın əldə etdiyi nəticələr gözlənilən kimi olmadı".
Qeyd edək ki, "Ordu" - "Lənkəran" qarşılaşması birincilərin 99:51 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 25 Dekabr 2024 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















