Icma.az
close
up
RU
Futbolçularımızın keyfiyyəti ortadadır yığma komandamızın baş məşqçisi

Futbolçularımızın keyfiyyəti ortadadır yığma komandamızın baş məşqçisi

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

U-16 yığma komandamızın baş məşqçisi Famil Xəlilov kollektivin FIFA U-15 dünya çempionatı və festivalındakı iştirakından sonra jurnalistlərə müsahibə verib.

O, Sportal.az saytının da suallarını cavablandırıb. 

- Yığma komanda 83-cü yer uğrunda görüşdə Əfqanıstana penaltilər seriyasında uduzdu. Yəqin ki, daha yaxşı nəticəyə ümid edirdiniz?

- Əlbəttə ki, yaxşı nəticəyə ümid edirdik. Sadəcə dünənki Vyetnama ağır məğlubiyyətdən sonra futbolçular psixoloji olaraq toparlana bilmədilər. Biz onları oyuna kökləməyə çalışdıq. Təəssüf ki, bəzi məqamlarda o boşluqlar hiss edildi.

- Aşağı yerlər uğrunda oynamaq futbolçulara motivasiya sarıdan mane oldu?

- Xeyr. Əgər biz həqiqətən bu gün final mərhələsində iştirak etmək istəyirdiksə, qrupda sonuncu yeri tutmaq belə, bizə bu şansı qazandırırdı. Biz düşündük ki, qrupda ən yaxşı nəticəni göstərək və daha yüksək səviyyəli komandalar oynayaq, uşaqlardakı əskikləri, boşluqları görə bilək. Əks halda, 4-ci və ya 5-ci yerlərdə bitirib, final mərhələsində divizionun çempionluğu uğrunda yarışa bilərdik. Bizə bu gün nə lazımdır? Onu fikirləşməliyik.

- Bu gün həm də, uşaq futbolumuz Əfqanıstanın uşaq futboluna uduzdu. Bu gün futbolçularımız əfqan futbolçulardan hansı komponentlərdə geri qalırdı?

- Onu deyə bilərəm ki, bu nəsilə, bu futbolçulara inanmaq lazımdır. Çox istedadlı oyunçularımız var. Bunu şanssızlıq, ya oyuna tam köklənməmək deyim...Ancaq futbolçularımızın keyfiyyəti ortadadır. Onların 14-15 yaşları var. Belə turnirdə ilk dəfədir ki, çıxış edirlər. Elə uşaqlar var ki, ölkədən kənara çıxmayıb, ilk beynəlxalq turniridir. Altı gün ərzində 10 oyuna çıxmaq onlar üçün ağır qrafikdir. 

- Turnirdən əvvəl neçənci yer tutsaydınız, bu nəticə sizi qane edəcəkdi?

- Qrup bəlli olduqdan sonra 1-ci yeri tutmaq idi ki, daha yaxşı komandalarla qarşılaşaq. Amma ümumilikdə komandamız Çili, Avstraliya, Haitiyə qarşı da çox yaxşı oyun göstərdi. Sadəcə müəyyən məqamlar var ki, futbolçular təcrübəsizlikdən boşluqlar verdi və rəqib də ondan istifadə etdi.

- Deyirsiz ki, uşaqlara inanmaq lazımdır. 30 ilə yaxındır ki, eyni şeyi eşidirik. İstedadlı futbolçularımız da var. 14-15 yaşlı futbolçu 17-18 yaşında daha da irəli getmir. İnkişafın dayanmasına nə mane olur?

- 20 illik akademiya fəaliyyətim olub. Futbolçuların yetişməsi üçün çoxlu beynəlxaq turnirə ehtiyacımız var. Daha güclü rəqiblərlə qarşılaşmalıdırlar ki, bu cür hallarda futbolçular oyuna köklənə və daha yaxşı performans göstərsinlər. 

- Bir sözlə, əsas işi klublar görməlidir...

- Təbii ki. Uşaqlar üçün turnirlər təşkil etmək vacibdir.

- Oyunları AFFA rəhbərliyi də izləyirdi. Əfqanıstanla oyundan sonra sizə sözləri nə oldu?

- İlk turnirimiz idi. Onlar da bizim əlimizi sıxdılar. İşimiz qarşıdadır. Çox çalışmalıyıq. Artıq əskiklərimizi bilirik. Bundan sonra vaxtımız çox olacaq ki, bu uşaqları U-17-nin Avropa çempionatının seçmə mərhələsinə hazırlayaq.

- Siz deyirsiz ki, uşaqları klublar yetişdirməlidir. Azərbaycan Premyer Liqasında limit ləğv edilib. Limit ləğv edilibsə, klublar nəyə görə futbolçu yetişdirsin?

- Onunla bağlı fikir bildirmək istəmirəm. Bizim işimiz sadəcə əlimizdə olan futbolçuları yaxşı səviyyəyə çatdırmaqdır. Məni də bura onun üçün gətiriblər. Əlimdən gələni edəcəm ki, futbolçular o səviyyəyə çatsın.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://sportal.az
archiveBu xəbər 30 Oktyabr 2026 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri