Icma.az
close
up
RU
Lənkəranlının Trampla nə əlaqəsi?

Lənkəranlının Trampla nə əlaqəsi?

Icma.az, News24 portalına istinadən məlumat verir.

Bu həftə Bakıda diqqətçəkən bir olay baş verib. Adı açıqlanmayan 1980-cı il təvəllüdlü Lənkəran sakini ABŞ-ın Azərbaycandakı səfirliyinin həyətinə daxil olmağa cəhd edib. Xəbər beləydi ki, həmin şəxs səlahiyyət müddətini səhhəti səbəbindən yarımçıq başa vurmuş Amerika səfiri Mark Libbi ilə görüşmək istəyirmiş. İddia olunurdu ki, polis əməkdaşları həmin şəxsə yaxınlaşıb səfirliyin ərazisindən çıxmağı tələb ediblər. Lakin buna əməl etmədiyi üçün saxlanılıb.  Barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmədəki ifadəsində lənkəranlı bildirib ki, səfirliyinin həyətinə daxil olmağa cəhd etməsinin səbəbi Amerikaya getmək istəyi olub: “Səfirdən mənə Amerikaya getməyə kömək etməsini istəyəcəkdim”.

Məhkəmənin qərarı ilə həmin şəxs  15 gün müddətinə inzibati qaydada həbs edilib.

Yalanı yoxdur, “okeanın o biri tərəfini” gənclik illərində hamımız arzu etmişik, Azadlıq prospektindəki səfirliyin həyətə “hoppanıb keçmək” istəyənlər isə indiyədək də olub. Çünki o vaxtlar belə rəvayət edirdilər ki, əgər hansısa səfirliyin ərazisinə daxil ola bildinsə, demək o ölkədəsən və sairə. Məsələn, məşhur “Vikiliks” saytının yaradıcısı Culian Assanj Amerikanın qorxusundan Ekvadorun Londondakı səfirliyində uzun illər gizləndi, arada eyvana  çıxaraq jurnalistlərə müraciətlər də edər, ABŞ-ı yamanlayrdı...

Cənublu qardaşın ABŞ-a getmək israrının Baydendən sonra yenidən hakimiyyətə qayıdan Donald Trampla əlaqəsi varmı, bunu demək çətindir. Ola bilsin ki, Trampın ABŞ-ı yenidən superdövlətə çevirmək vədi cəlbedici görünüb. Amma yəqin onu bilmir ki,  yeni-köhnə prezidentin əsas vədlərindən biri miqrantları Amerikadan qovmaqdır. O miqrantlar ki, Avropadan ailə-ailə, məhəllə-məhəllə Amerikaya axışıblar burada yenidən dövlət qurublar. Onların sırasında milyarderlər də olub, bir çamadanla gəlib milyarder olan da. Qanqsterlər də, alimlər də. Frensis Ford Koppola ”Xaç atası” filmi 1945–1955-ci illər arasında olan hadisələri əhatə etsə də,  Korleoni ailəsinin nümunəsində əslində, çox həqiqətlər açılır. Bayden ailəsinə baxın, onun oğlu Hanter məgər Sanni Korleonin bənzəri deyilmi? Tramp da yenə özünü dünyanın  “Xaç atası” kimi aparmırmı? Dövlətləri hədələyir, birindən ərazi, birindən pul istəmirmi?   

Əslində, dünyada ABŞ qədər qəliz  dövlət çətin tapıla. Dostluğu ilə düşmənçiliyi arasında sərhəd olmayan, xaraba qoyduğu ölkələrdən qorxaqcasına qaçan sistemdir Amerika dövləti. Heç bir ölkəyə indiyədək xoşbəxtlik, sabitlik gətirməyib Amerika. Nə sirdirsə, heç bir ölkəni də sabit və xoşbəxt görməyə gözləri də yoxdur.  Ukrayna buna ən bariz nümunədir. 2014-cü ilədək Ukrayna Avropanın ən stabil və dinc ölkələrindən biri idi. Hər ölkədə olan sosial problemlər Ukraynada da vardı, Rusiya ilə anlaşmaqda çətinlik çəksələr də, davaları yox idi, xalqlar dinc yaşayırdı, hara gedirdin, insanların üzündə məmnunluq görərdin. Dağıtdılar o cür ölkəni, indi əhalisinin 8-10 milyonu dərbədər həyat yaşayır. “Avromeydan” avantürası ilə ürəkləri soyumadı, sonu görünməyən müharibəyə də sürüklədilər. Tramp Amerikanı bu işin içindən çıxarsa, əjdahadır...

Hərdən adam düşünür ki, ABŞ strategiyasını yanlış siyasət üzərində qurur ki, sonradan onu düzəltmək üçün cəhdlər etsin. İkinci Dünya müharibəsindən sonra ABŞ dünya hegemonluğu kursunu yeritməyə çalışsa da, Sovet İttifaqı buna mane oldu. Sonra ABŞ strategiyasını dəyişdi, SSRİ-nin müttəfiqlərini və dost ölkələrini sıradan çıxarmağa başladı. ABŞ prezidenti Trumen bunu hələ 1947-ci ildə öz doktrinasında açıqlamışdı. ABŞ-ın əsas tarixi uğuru SSRİ-ni və Varşava Müqaviləsi adlı hərbi ittifaqı dağıtması oldu. İndi demək olar ki, bütün Varşava Müqaviləsi ölkələri NATO-ya qoşulub. Hətta keçmiş SSRİ respublikalarından da NATO blokuna olanlar var. Amma strategiyada ciddi yanlış hesablamalar da dərhal özünü göstərdi. Məsələn, 1982-ci ildən Çin Amerika ilə yaxınlaşma kursunu müəyyənləşdirdi. ABŞ və bəzi başqa ölkələrdən yüksək texnologiyalar, investisiyalar alan Çin dünyanın superdövləti səviyyəsinə yüksəldi. Üstəlik Çin nəinki Rusiyanın düşməni, əksinə, dost və müttəfiqi oldu. Amerika adına “rəqabət” desələr də, əslində Çinlə qarşıdurmadadır.

Birləşmiş Ştatlar Asiyada diktə etmək istəyərkən, yenə yanlış strateji nəticəsində təkcə İran, Suriya, Şimali Koreyaya deyil, qitədəki qonşuları Venesuela, Kuba və Nikaraquaya tamamilə nəzarət əldən verib. İndi Tramp Venesuelada hakimiyyət dəyişikliyi vəd edir, bunlarla bərabər Kanadanı, Qrenlandiyanı və Panama kanalını  ələ keçirmək istəyir. Yenə yanlış hesablama olmasın?

 ABŞ-ın problemi budur ki, dünyada əvvəlki hegemon mövqeyini itirdiyi reallığını qəbul edə bilmir. Amma fakt odur ki, dünya təkcə ABŞ-dan deyil, hətta 5-dən də böyükdür. Bunu dəfələrlə yazmışam: “Ya Amerikanın yanında olursun, ya yox olursun” hədəsi daha keçərli deyil. Tramp isə yenə ordan başlayıb...

Nəhayət, yaxşı olardı ki,  Bakıdakı səfirlik lənkəranlıya bir aylıq viza versin, gedib o da ABŞ-ı gəzsin. Amerika indi axı hər adamın arzusu da deyil...       

\\Musavat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://news24.az
archiveBu xəbər 25 Yanvar 2025 22:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see307

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see304

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see295

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see265

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see260

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see252

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see248

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see243

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see241

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see218

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see216

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see216

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see215

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see212

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see202

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see194

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri