Icma.az
close
up
RU
Rusiyanı dəhşətə gətirən hücumun Trampla gizli əlaqəsi Xəbərdarlıq edildi

Rusiyanı dəhşətə gətirən hücumun Trampla gizli əlaqəsi Xəbərdarlıq edildi

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İyunun 1-də Ukraynanın Rusiya ərazisinə dron hücumları beynəlxalq gündəmin əsas müzakirə mövzusuna çevrilib. Bu hücumların yalnız hərbi deyil, həm də siyasi və psixoloji mesajlar daşıdığına dair fikirlər artmaqdadır.

Məsələ ondadır ki, sözügedən əməliyyatlar təkcə Rusiya daxilində təhlükəsizlik boşluqlarını üzə çıxarmır, eyni zamanda beynəlxalq aktorların, xüsusilə də ABŞ-ın bu proseslərə münasibəti fonunda suallar doğurur. ABŞ Prezidenti Donald Trampın siyasəti və onun Vladimir Putinlə münasibətləri bu kontekstdə xüsusi diqqət çəkir.

Ukraynanın məlum hücumları Trampa bir mesaj sayıla bilərmi? ABŞ prezidentinin Kremlə yaratdığı siyasi-diplomatik komfort indi bu cür zərbələrlə sarsıdılırmı? Trampın yenidən hakimiyyətə qayıdışı ilə ABŞ-Rusiya münasibətlərində müşahidə olunan yumşalma cəhdlərinə qarşı Ukraynanın sərt mövqeyi, həyata keçirdiyi hücumlarla özünü göstərirmi? Ən əsası, bu hücumun arxasında Qərbin dərin güclərinin dayandığı haqda deyilənlərin əsası varmı?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Ukraynanın Rusiya ərazisində həyata keçirdiyi dron hücumları müasir dövrün “Troya hücumları” kimi qiymətləndirilə bilər:

“Həmin hücum bir çox ünvanlara verilmiş cavab idi. Ukraynaya təzyiq göstərərək, onu Rusiya ilə ciddi ərazi güzəştləri hesabına sülh müqaviləsi imzalamağa məcbur etmək istəyən qüvvələr bu siyahıya daxildir. Ukrayna həyata keçirdiyi əməliyyatlarla bağlı Vaşinqtonu əvvəlcədən məlumatlandırır. Əgər ABŞ buna etiraz etməyibsə, bu, Trampa deyil, onun komfortlu şərait yaratdığı Vladimir Putinə bir cavab kimi dəyərləndirilməlidir. Rusiya sülh danışıqlarına maksimalist mövqelərlə qatılırdı. Dünənki hücum isə ölkə daxilində ciddi təhlükəsizlik boşluqlarının olduğunu ortaya qoydu və göstərdi ki, ədalətsiz sülh Rusiyaya təhlükəsiz gələcək vəd etməyəcək”.


Oqtay Qasımov

Oqtay Qasımovun sözlərinə görə, bu hücumlar həm hərbi kəşfiyyat baxımından, həm də Rusiyaya vurulan zərərin miqyasına görə unikal xarakter daşıyır:

“Bu hücum Ukraynanın danışıqlar masasındakı mövqeyini gücləndirən rıçaqlardan biridir. Rəsmi Kiyev bu hücumu psixoloji üstünlük kimi qiymətləndirir. Eyni zamanda, Ukraynanı dəstəkləyən dövlətlər də bu hadisədən sonra Kiyevə hərbi və maliyyə yardımlarını artırmaqla bağlı daha ciddi addımlar atmalı olacaqlar. Çünki həmin əməliyyat sırf Ukraynanın öz planı əsasında hazırlanıb və həyata keçirilib”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 İyun 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri