Icma.az
close
up
RU
Lerikdə əmioğlular arasında qarşıdurma: Yolumu kəsir, evimə basqın edir... VİDEO

Lerikdə əmioğlular arasında qarşıdurma: Yolumu kəsir, evimə basqın edir... VİDEO

Icma.az, Bakupost saytına istinadən bildirir.


Lerik rayon sakini Əliyev Rizvan Azadxan oğlu qonşusu, eyni zamanda əmisi oğlu olan Əliyev Vaqif Şiringil oğlunun uzun illərdir ona və ailəsinə qarşı davam edən zorakılıq, təhdid və təhqirlərindən şikayətçidir.

Bakupost.az-a müraciət edən Rizvan Əliyev iddia edir ki, əmisi oğlu Vaqif Əliyev onun və ailəsinin həyatına ciddi təhlükə yaradır. O, dəfələrlə aidiyyatı orqanlara müraciət etməsinə baxmayaraq, heç bir tədbir görülmədiyini deyir.

Rizvan Əliyevin sözlərinə görə, Lerikin Zərdəbərə kəndində əmisi oğlu ilə eyni həyətdə, çəpərlərlə ayrılmış evlərdə yaşayırlar. Şikayətçi qeyd edir ki, qarşı tərəf ortaq istifadə edilən yolda onlara hücum edir, söyüşlər söyür və əmlakına zərər vurur:

“O, baba yurdunda qalır, mən isə öz doğma atamın evində anamla yaşayıram. Məni və ailəmi görməyə gözü yoxdur. Videoları, səs yazıları da var. Evimə basqın edib. Bu videoda görünən yol var, orada asfaltdan bizim evə dönən yol bələdiyyənin balansında olan torpaqdır. Nə mənə məxsusdur, nə də ona. Bizə köməklik edin. Biz həmin yolla unu eşşəklə, araba ilə daşıyırıq, amma o, imkan vermir. İki azyaşlı məktəblimız var, biz bu yoldan istifadə edə bilmirik. O, hücum edir, söyüş söyür”.

Rizvan Əliyev iddia edir ki, əmisi oğlu 2024-cü ilin yanvarında mərhum atasının həyətində əkdiyi, “Qırmızı Kitab”a düşmüş 35 palıd ağacını da yandırıb:

“Fövqəladə Hallar Nazirliyi və polis əməkdaşları gəldi. Bununla bağlı videolar var. Özünü maşının altına atır. Yoldan keçən sürücüləri təhqir edir”.

Şikayətçi bildirir ki, dəfələrlə məsələ ilə bağlı 102 xidmətinə müraciət edib:

“Gəlib-gedirlər, deyirlər, təhqiqat aparırıq. Sonra da bildirirlər ki, guya Prezident sərəncam imzalayıb, 68 yaşdan yuxarı şəxsləri tutmaq olmaz. Yaxşı, bəs bu adam bizi döysə, öldürsə, onda necə olacaq?

Polisə şikayət etdiyimə görə onun iki oğlu Orxan və Ruslan mənim qardaşımı döydülər. Qardaşımın üzünə 9 tikiş qoyulub. Bu adam çoxlarını döyüb. Lerik Rayon Təcili Yardımı onu aparmışdı, 6 saat sonra xəstəxanada ayıldı. Bu şəxs hətta polisi də döyüb. Polisin qolunu yabayla deşib, polis maşınını da sındırıb. Lerik Rayon Məhkəməsi ona 2 il ev dustaqlığı cəzası verib. İndi isə sərbəst gəzir və yenə də eyni hərəkətləri edir. Bəs niyə bunun qarşısı alınmır? Deyirlər ki, dəlidir. Əgər dəlidirsə, dövlət dəlixana tikib axı. İyunun 26-sı yenidən 102-yə zəng etdim. Onlar Lerik Rayon Polis Şöbəsinə məlumat verdilər. Lerik polisindən mənə zəng edib dedilər ki, biz nə edək, orada post quraq sizə?”

Rizvan Əliyev kəndin icra nümayəndəsi Şahverən Tağıyevə də şikayət etdiyini bildirib:

“Bizim kəndin icra nümayəndəsi Tağıyev Şahverən Gülverdi oğludur. Ona deyirəm, Şahverən müəllim, gəl köməklik et. Talış dilində deyir, orada toydur, gəlim iştirak edim? Bu icra nümayəndəsinə kim bu səlahiyyəti verib ki, vətəndaşla belə danışır?”

Rizvan Əliyev qeyd edir ki, yol məsələsi ilə bağlı 5 ildir Lerik Rayon Məhkəməsində proses gedir:

“Bu qədər şikayətə, sübuta rəğmən niyə tədbir görülmür? Bu adam niyə cəzalanmır? Burada maddi maraq olmasaydı, bu adama 2 il ev dustaqlığı verilməzdi. Bu, polisi vurub, polis maşınını sındırıb”.

Onun sözlərinə görə, hazırda iş Lerik Rayon Polis Şöbəsində təhqiqatçı əməkdaşın icraatındadır. Lakin onun ailəsinə heç bir məlumat verilmir.

Məsələ ilə bağlı təhqiqatçı Habil Bünyatov Bakupost.az-a açıqlamasında bildirib ki, ekspertiza təyin olunub və həkim rəyindən sonra məsələyə hüquqi qiymət veriləcək:

"Orada döyülmə iddiası var. Ekspertizaya göndərilib. Həkim rəyindən sonra hüquqi qiymət veriləcək, ehtimal ki, məhkəməyə göndəriləcək".

Məsələ ilə bağlı kəndin icra nümayəndəsi ilə də əlaqə saxladıq. Şahverən Tağıyev Bakupost.az -a açıqlmasında bildirdi ki, əmioğlular arasında dava 40 ildir davam edir:

“Bir çəpərlə qapı qonşudurlar. Daha biz bezmişik onların evinə getməkdən. Polislə getmişik, nümayəndələrimi götürüb evlərinə getmişəm, bələdiyyəni də aparmışam, yenə nəticə yoxdur, düzəlmirlər. Vaqif onun haqqında dəfələrlə şikayət edib ki, suyumu kəsib, getmişəm. Sonra Rizvan şikayət edib ki, mənim yolumu kəsib, yenə getmişik. Bu cür hallar dəfələrlə olub.

Mübahisələri yola görədir. İcra başçısı göstəriş verib ki, onlara kömək edin, biz də kömək edib 200 metrlik yeni yol açmışıq. Əgər davaları hələ də davam edirsə, qoy hüquq-mühafizə orqanlarına müraciət etsinlər. Hər ikisi problemli adamdır.

Biz icra nümayəndəliyi olaraq əlimizdən nə gəlirsə, etmişik. Aralarında münasibət pozulandan bəri hətta külək ordan kağız gətirib həyətə atanda belə dalaşırlar. Mən 17 ildir işləyirəm, bəlkə 10 ildir onların qapısına gedirəm. Kənddə onlardan başqa heç bir qapıya getməmişik. “Toydur, gəlim?” məsələsinə gəlincə, əgər mən ona elə bir söz demiş olsaydım, o artıq mənim səs yazımı sizə göndərmişdi".

Məsələ ilə bağlı kənd bələdiyyəsi ilə də əlaqə saxladıq. Bələdiyyə sədri Atakişi Şahbazov Bakupost.az-a açıqlamasında bildirdi ki, Rizvan Əliyev üçün ayrıca yol ayrılıb. Lakin hər dəfə həmin yoldan maşın keçəndə qarşı tərəf ailəsi ilə birlikdə çıxaraq maneəçilik yaradır:

“O torpaq örüş torpağıdır. 2 il əvvəl rayon İcra Hakimiyyətinin sərəncamı ilə, polisin, yerli icra nümayəndəliyinin, yerli bələdiyyənin iştirakı ilə ora Rizvan Əliyev üçün örüşdən ayrıca yol çəkilib. O yol boşdur, heç yer çəpərlənməyib.

İndi onların qonşu davasıdır da. Bunun bələdiyyə ilə heç bir əlaqəsi yoxdur. Bu məsələ ilə ancaq hüquq-mühafizə orqanları məşğul ola bilər. Ona ayrı yol çəkilib, akt da yazılıb. İndi həmin yolla da qonşusu qoymur onu getməyə, bələdiyyə nə etsin? Oradan maşın keçəndə əmisi oğlu ailəsi ilə birlikdə çıxır və maşını daş-qalaq edirlər. Buna görə də heç bir maşın onun həyətinə gedə bilmir”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlamışıq.

Lalə,

BakuPost





Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 21 İyul 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see279

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see268

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see243

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see241

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see161

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see158

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see151

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see142

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see136

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see134

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see134

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see130

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see128

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see128

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see125

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see124

Neymar və het trik

04 Dekabr 2025 09:17see123

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see123

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see122

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri